date saat
Martın 17-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin iştirakı ilə “Xəmsə” milli intellektual oyunu təşkil edilib.
Gənclər Mərkəzində keçirilən oyun başlamazdan əvvəl Ədliyyə Nazirliyinin əməkdaşı Kərim Şimisoy bügünkü tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyun 2021-ci il tarixli “Ali və orta ixtisas təhsil müəssisələrinin müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası istiqamətində tədbirlər davam etdirilir. Hazırda nazirliyin hamiliyinə verilmiş Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının IV kurs tələbələrinin nazirlikdə və tabe qurumlarında istehsalat təcrübəsi keçmələri təmin edilir. Onlar nazirliyin iş prinsipi ilə əyani tanış olur, ədliyyə fəaliyyətinə dair praktiki biliklərə yiyələnirlər. Bu gün təşkil edilən “Xəmsə” intelektual oyununun keçirilməsinin əsas məqsədi də həmin tələbələrin əldə etdikləri bilik və bacarıqlarının möhkəmləndirilməsinə xidmət edir.
Martın 16-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təsdiq etdiyi tədbirlər planının icrası ilə əlaqədar Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində seminar keçirilib. “Vərəsəlik hüququ” mövzusunda təşkil edilən seminarda fakültənin pedeqoji heyəti və hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr iştirak edib.
Bələdiyyə torpaqları qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla, qalan torpaqlar hesab olunur. Bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququna malikdirlər. Bələdiyyə mülkiyyətində olan torpaqlar hüquqi və fiziki şəxslərə icarə müqaviləsi əsasında əvəzi ödənilməklə müddətli istifadəyə verilə bilər. İcarə müqaviləsində icarəyəverən və icarəçinin hüquq və vəzifələri, torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar, icarənin müddəti, icarə haqqı, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası, eyni zamanda müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası göstərilməlidir. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birlik və təşkilatlar, habelə, xarici dövlətlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada torpaq icarəçisi ola bilərlər.