date saat
- Ədliyyə sahəsində dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
- Ədliyyə sahəsinin inkişafını təmin edir;
-Hüquq-mühafizə fəaliyyətini həyata keçirir;
-Qanunvericilik aktlarının layihələrini hazırlayır, layihələr üzrə rəy verir, normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparır;
-Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasını təşkil edir;
- Naxçıvan Muxtar Respublikasında yaşayan 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşına fərdi identifikasiya kartının verilməsini təşkil edir;
-Notariat fəaliyyətini təşkil edir;
- Qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirir və qeyri-kommersiya hüquqi şəxslərin dövlət reyestrini aparır;
- Sahibkarlıq sahəsində aparılan yoxlamaların məlumat reyestrini aparır;
- Naxçıvan Muxtar Respublikası əhalisinin dövlət reyestrinin aparılmasını təmin edir;
- Qanunvericiliyə uyğun olaraq, müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatını həyata keçirir;
- Məhkəmə qərarlarının icrasını təmin edir;
- Probasiya nəzarətinin həyata keçirilməsini təmin edir;
- Penitensiar müəssisələrin fəaliyyətini təşkil edir və nəzarəti həyata keçirir;
- Bələdiyyələrin işinin təşkilinə kömək edir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir;
- Qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaqı aparır;
- Hüquq sahələrinə dair elmi-tədqiqat işlərinin aparılmasında iştirak edir;
-Məhkəmə ekspertizalarının keçirilməsini təşkil edir;
-Hakimlərin, ədliyyə işçilərinin, vəkillərin əlavə təhsilini, habelə müxtəlif sahələrdə çalışan işçilərin hüquq peşəsi üzrə əlavə təhsilini təşkil edir;
-İlk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin icbari təliminin həyata keçirilməsini təşkil edir;
-Hüquqi maarifləndirmə işini həyata keçirir;
-Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin Naxçıvan Muxtar Respublikasında yerinə yetirilməsini təmin edir;
-Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.