date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən yerli icra və probasiya qurumlarında vakant icra məmuru vəzifələrinin tutulması üçün 01 fevral 2022-ci il tarixdə elan edilmiş vakansiyaya sənəd qəbulu 01 aprel 2022-ci il tarixdə başa çatacaq. Aprel ayı ərzində müsabiqənin test imtahanı mərhələsinin keçirilməsi nəzərdə tutulur.
Müsabiqədə ali hüquq təhsilli, Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Namizədlər Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Sənəd qəbuluna dair əlavə məlumat əldə etmək istəyən şəxslər Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərlər.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti
Martın 18-də Ədliyyə Nazirliyində Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının IV kurs tələbələrinin nazirlikdə keçdikləri istehsalat təcrübəsinin başa çatması ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyun 2021-ci il tarixli “Ali və orta ixtisas təhsil müəssisələrinin müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası istiqamətində nazirliyin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə xüsusi diqqətlə yanaşılır. Nazirlik Naxçıvan Dövlət Universiteti arasında 2021-2022-ci tədris ilində görüləcək işlərə dair təsdiq edilən tədbirlər planına uyğun olaraq 2022-ci ilin fevralın ayının 17-dən başlayaraq hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin 30 gün ərzində nazirlikdə və tabe qurumlarda istehsalat təcrübəsi keçmələrini təmin etmişdir. Nazir tələbələrin ədliyyə sahəsində nəzəri və praktiki biliklərinin artırılmasında istehsalat təcrübəsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmiş, gələcəkdə onların öz peşə seçimində ədliyyə sisteminə maraq göstərəcəklərinə ümidvar olduğunu bildirmişdir.