date saat

Bu gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən gənc diplomatlar üçün "Xarici Siyasət Proqramı" çərçivəsində ötən il diplomatik xidmətə qəbul edilmiş əməkdaşlar, Xarici İşlər Nazirliyinin Kadrlar və Təşkilat-nəzarət idarələrinin rəisləri və ADA Universitetinin məsul əməkdaşlarından ibarət heyət Naxçıvan Muxtar Respublikasında səfərdədir.

Səfər proqramı ulu öndərin Naxçıvan şəhərindəki abidəsini ziyarətlə başlayıb. Qonaqlar dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.

Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.

Səfər çərçivəsində qonaqlar Naxçıvan muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli Nümayəndəsi Fuad Nəcəfli ilə görüşüblər.

Ardını oxu...

Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak ediblər. 

Öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstəsi qoyulub.

Tədbirdə məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə yaradılıb.

Naxçıvan “ASAN xidmət” mərkəzi isə ümumilikdə, respublika üzrə 26-cı mərkəzdir.

Ardını oxu...

 

Mayın 15-də Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin ilk 4 ayının yekunları ilə bağlı müşavirə keçirilib. Müşavirədə aid mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri iştirak ediblər.Müşavirədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin gördüyü işlər və sosial-iqtisadi göstəricilərə dair hesabat verib. Hesabat məruzəsində büdcə proqnozlaşdırılması, büdcəyə vergi daxilolmaları, sahibkarlara verilən güzəştli kreditlər, “yaşıl enerji” layihələri çərçivəsində görülən işlər, dövlət orqanlarında innovativ texnologiyaların tətbiqinə diqqət yetirilib.

Ardını oxu...

Mayın 13-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində türkiyəli yazıçı Mehmet Ümit Görgülünün psixoloji dram janrında olan “Cibimizdəki dəlilik” əsəri əsasında səhnələşdirilən tamaşa təqdim edilib.

Tamaşanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Birinci Naxçıvan Kitab Sərgisində iştirak edən ziyalılar, Qazaxıstan Respublikasının incəsənət ustaları və ictimaiyyət nümayəndələri izləyiblər. Azərbaycan teatr səhnəsində ilk dəfə səhnələşdirilən “Cibimizdəki dəlilik” tamaşasında insanın insana yadlaşması, özündən, öz dəyərlərindən uzaqlaşması acı bir həqiqət kimi öz səhnə həllini tapır. İnsanlığın sevgidən, sədaqətdən, bütün müsbət insani keyfiyyətlərdən yoxsullaşdığının fərqində olan insanlar ya dəli olur, ya da zamanın axarına uyub yaşayırlar.

Ardını oxu...

Muxtar respublikaya yerli və xarici investorların marağı günbəgün artır. Yeni cəlb edilən investisiyalar hesabına fəaliyyəti dayanan müəssisələr bərpa edilir, yeni istehsal sahələri fəaliyyətə başlayır.

Şahbuz rayonunun Keçili kəndindəki “Çınqıllı” su istehsalı müəssisəsi də bu tədbirlər çərçivəsində fəaliyyətini daha müasir formada davam etdirəcək.

Açılış tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə məlumat verilib ki, mənbəyini kəndin səfalı dağlarından götürən saf bulaq suyu müəssisədə qatqısız və heç bir filtrizasiya prosesindən keçmədən təbii şəkildə qablaşdırılır.

Ardını oxu...