date saat
Demokratik və hüquqi dövlətlərdə insan hüquqlarına hörmət uşaqlara olan münasibətdən başlayır. Çünki uşaqlar dövlətin və cəmiyyətin parlaq gələcəyinin formalaşmasının əsasıdır. Ölkəmizdə də müstəqillik əldə edildikdən sonra uşaq hüquqlarına xüsusi həssaslıqla yanaşılmış, bu sahədə dövlət tərəfindən ratifikasiya edilmiş konvensiyalara uyğun olaraq daxili qanunvericilikdə mühüm islahatlar və təkmilləşdirmələr aparılmışdır. Ailə Məcəlləsi, “Uşaq hüquqları haqqında”, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və digər qanunlar qəbul edilmişdir.
Hər bir dövlətin və cəmiyyətin gələcəyini bu günün uşaqları müəyyən edir. Sağlam cəmiyyətin qurulması üçün həm mənəvi, psixoloji, həm də fiziki cəhətdən sağlam uşaqların olması əsas şərtdir. Uşağın inkişafına təsir edən ən mühüm rol valideynlərə məxsus olsa da onun inkişafında cəmiyyətin rolu, yəni uşağın böyüdüyü mühitin təsiri də kifayət qədər böyükdür. Valideynlər müəyyən mənada cəmiyyətin uşağa təsirini tənzimləyən vasitədir. Uşağın hərətərfli inkişafı kollektiv əmək nəticəsində formalaşır. Ətraf mühit də çoxlu keyfiyyətli təcrübələrə sahib olmaq bir çox bacarıqların inkişafına və özünə inamın əldə edilməsinə müəyyən mənada kömək edir.
Ədliyyə Nazirliyi əməkdaşlarının fəaliyyət istiqamətinə uyğun bilik və bacarıqlarının, eyni zamanda peşə səriştəliliyin artırılması nazirlik tərəfindən daim diqqətdə saxlanılır. Bu məqsədlə martın 4-də nazirliyin aparatının əməkdaşları üçün tədris saatı keçirilib.
Nazirliyin Kadrlar bölməsinin rəisi Niyaməddin Əliyev tədris saatının əhəmiyyəti barədə danışıb. Bildirib ki, hər bir ədliyyə əməkdaşının işgüzarlığı, peşəkarlıq səviyyəsi, əməyinin nəticələri və şəxsi keyfiyyətləri nazirlik tərəfindən daim təhlil edilir və ədliyyə orqanları işçisinin vəzifədə irəli çəkilməsi, yaxud başqa vəzifəyə keçirilməsi zamanı qeyd olunan nüanslar nəzərə alınır. Vurğulanıb ki, bütün əməkdaşlar xidməti vəzifələrini dərindən öyrənməli, qanunvericiliyin müddəalarını mükəmməl öyrənməlidirlər. Fəaliyyət istiqamətinə uyğun icraatında olan hər bir işin icrasına, vətəndaşların və hüquqi şəxslərin müraciətlərinə məsuliyyətli və həssaslıqla yanaşılmalı, kargüzarlıq işi qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır.