date saat
Hər bir xalqın özünəməxsus ənənələri və dəyərləri mövcuddur. Ailə institutu da bizim cəmiyyətdə əvəzolunmaz dəyərdir. Çünki hər bir insanın şəxsiyyət kimi yetişməsində böyük rol oynayır. Ailə ictimai həyata öz təsirini göstərməklə yanaşı, uşaqların tərbiyəsində, şəxsiyyətin formalaşmasında, humanizm və vətənpərvərlik kimi hisslərin aşılanmasında həlledici amildir. Hər bir şəxsin sonrakı taleyi, həyatda tutacağı mövqe ailə tərbiyəsi ilə bilavasitə bağlıdır. Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Konstitusiyada göstərilir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Sevindirici haldır ki, bu gün ölkəmizdə və muxtar respublikamızda uşaqlar hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar. Uşaqların sağlam mühitdə böyüməsi, təhsil alması üçün bütün imkanlar yaradılıb. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı hörmət əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Ailə hüququ ictimai münasibətlərin müəyyən növünü, ailə münasibətlərini, yəni nikah faktından əmələ gələn və ailəyə mənsub olan münasibətləri tənzimləyir. Eyni zamanda ailəni quran şəxslərdən hüquq və dövlət himayəsindən düzgün istifadə etməklə ailədaxili məsələlərə məsuliyyətlə yanaşmanı tələb edir.
Ədliyyə Nazirliyi ilə Naxçıvan Dövlət Universitetinin 2022-ci tədris ili üçün birgə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsində “Aliment öhdəliyinin əsasları” mövzusunda maarifləndirici seminar keçirilmişdir. Seminarda fakültənin pedeqoji heyəti və hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr iştirak edib.
Seminarı giriş sözü ilə Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı Yusif Hüseynov açaraq tədbirin mahiyyəti barədə məlumat vermiş, təşkil edilən seminarın tələbələrin nəzəri biliklərinin artırılmasındakı əhəmiyyətindən danışıb.
Aprelin 14-də Ədliyyə Nazirliyinin İcra və Probasiya Şöbəsinin əməkdaşları və yerli icra və probasiya qurumlarında çalışan icra məmurları “İcradan qərəzli yayınan borcluların cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimatların verilməsi” və “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” mövzularında təşkil edilən onlayn təlimdə iştirak ediblər.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının onlayn formatda təşkli etdiyi təlimdə icraatda olan işlərin icra olunma faizinin yüksəldilməsi istiqamətində atılan addımlardan, bu sahədə tətbiq edilən yeniliklərdən danışılıb, təlimin icra məmurlarının bu sahədəki bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağı qeyd edilib.
Aprelin 14-də Ədliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Kəngərli rayonunda fəaliyyət göstərən bələdiyyə sədrləri və bələdiyyə qulluqçularının iştirakı ilə “Bələdiyyə mülkiyyətində olan torpaqların icarə hüququ ilə əldə edilməsi ərzaq bolluğunun yaradılmasında mühüm vasitədir” mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə Kəngərli Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ağa Seyidov açaraq muxtar respublikada yerli özünüidarə orqanlarının səmərəli fəaliyyət göstərməsi və vətəndaşların yerli əhəmiyyətli məsələlərin qanun çərçivəsində yerinə yetirmələri üçün yaradılan əlverişli imkanlar barədə məlumat verib.