date saat

Mayın 23-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin təşkilatçılığı ilə “Heydər Əliyev və dini tolerantlıq” mövzusuna həsr olunan tədbir keçirilib. Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumların iştirakı ilə keçirən tədbirdə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin əməkdaşları iştirak etmişdir.

Ardını oxu...

Ölkəmizdə səfərdə olan Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun rəhbəri Xristos Cakoumoulosun başçılıq etdiyi nümayəndə heyəti Ədliyyə Nazirliyində olub.

Qonaqlarla görüşən ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurası ilə sıx əməkdaşlığı qeyd edərək ötən ay Strasburqa səfəri zamanı “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasının İkinci Əlavə Protokolunun imzalanmasını, Avropa Şurasının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəhbərliyi ilə məhsuldar görüşlərini xatırladıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan  Tibb Kollecində “Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir” mövzusunda tədbir keçirilib.

Ardını oxu...

Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev deyirdi: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət olur”.

Heydər Əliyev dövrünün uzaqgörən dövlət xadimi, idarəetməsində insan hüquq və azadlıqlarını, humanizmi əsas prinsip kimi götürərək xalqın və millətin gələcəyinə çıraq tutan şəxsiyyət idi. Heydər Əliyev irsi bir məktəbdir, daim öyrənilməsi və gələcək nəsillərə çatdırılması zəruridir. Bu gün böyük fəxr və qurur hissi ilə onun əziz xatirəsini ehtiramla anır, müqəddəs ruhu qarşısında baş əyirik.   Müstəqil Azərbaycanın bütün uğurlarında Heydər Əliyev imzasını görmək mümkündür. Bütün sahələrdə olduğu kimi Azərbaycanda söz, fikir azadlığının sağlam və peşəkar mətbuatın formalaşması və plüralizmin inkişafında da Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi ilə - ötən əsrin 70-80-ci illərində mətbuatın  ideoloji cəhətdən sıxışdırılması nisbətən azaldı, qəzet və jurnalların müstəqilliyi xeyli dərəcədə təmin olundu. Ulu Öndərin qətiyyətli mövqeyinə əsaslanan ölkə mətbuatı o illərdə müxtəlif sahələrdəki problemlərlə bağlı çox cəsarətli, qətiyyətli yazılar dərc edir, cəmiyyətin nöqsanlarını, qlobal problemləri açıb göstərirdi. Müəyyən ideoloji çərçivələrə, standartlara baxmayaraq sovet hakimiyyəti dövründə mətbuat nəzəriyyəsi inkişaf etməyə və jurnalistika müstəqil elm sahəsi kimi dərindən öyrənilməyə başladı. 1969-cu ildə ozamankı Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzdində Jurnalistika fakültəsi yarandı. Həmin dövrdə jurnalistikada yeni janrlar, yeni inkişaf meyilləri formalaşdı, o illərdə milli mətbuatımızın inkişafında böyük xidmətləri olan, təcrübələrini bu gün də gənc nəsillə bölüşən orta və yaşlı nəslin söz ustaları yetişdilər.

Ardını oxu...