date saat

Martın 17-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin iştirakı ilə “Xəmsə” milli intellektual oyunu təşkil edilib.

Gənclər Mərkəzində keçirilən oyun başlamazdan əvvəl Ədliyyə Nazirliyinin əməkdaşı Kərim Şimisoy bügünkü tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyun 2021-ci il tarixli “Ali və orta ixtisas təhsil müəssisələrinin müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası istiqamətində tədbirlər davam etdirilir. Hazırda nazirliyin hamiliyinə verilmiş Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının IV kurs tələbələrinin nazirlikdə və tabe qurumlarında istehsalat təcrübəsi keçmələri təmin edilir. Onlar nazirliyin iş prinsipi ilə əyani tanış olur, ədliyyə fəaliyyətinə dair praktiki biliklərə yiyələnirlər. Bu gün təşkil edilən “Xəmsə” intelektual oyununun keçirilməsinin əsas məqsədi də həmin tələbələrin əldə etdikləri bilik və bacarıqlarının möhkəmləndirilməsinə xidmət edir.

Qeyd edək ki, oyun nazirliyin fəaliyyət istiqamətləri ilə yanaşı ümümi dünyagörüş ilə bağlı hazırlanmış suallar əsasında qurulmuşdur. Nazirliyin əməkdaşı Təbriz Eyvazlının aparıcılığı ilə keçirilən oyun tələbələr arasından  seçilmiş hər komandada 5 nəfər olmaqla 4 komandanın iştirakı ilə baş tutub. İntellektual oyunun sonunda qalib komanda müəyyən edilib.

Sonda Gənclər Fondunun əməkdaşı Sübhan Rəhimli qalib komandanı təbrik edərək diplomlar təqdim edib və  digər komandalara uğurlar arzu edib.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti