date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən elan edilmiş yerli icra və probasiya qurumlarında vakant icra məmuru vəzifələrinin tutulması üçün sənəd qəbulu davam edir. Müsabiqədə ali hüquq təhsilli, 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Bir daha qeyd edirik ki, müsabiqədə iştirak etmək istəyən şəxslər 13 aprel 2021-ci il tarixədək Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və aşağıdakı sənədlərin skan olunmuş surətlərini “şəxsi kabinet”ə yükləməlidirlər:
1. Şəxsiyyət vəsiqəsi;
2. Ali təhsil haqqında sənədlər;
3. Əmək kitabçası (olduğu təqdirdə);
4. Hərbi bilet;
5. 3x4 santimetr ölçüdə fotoşəkil (ağ fonda)
Xarici ali təhsil müəssisələrinin məzunları təhsil sənədlərinin Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinə dair şəhadətnamənin əslini və notarial qaydada təsdiq olunmuş surətini Dövlət İmtahan Mərkəzinə təqdim etməlidirlər.
Naxçıvan Dövlət Universitetində Beynəlxalq münasibətlər və hüquq fakültəsinin tələbələri üçün “Yazı və xəttin həyatımızda rolu” mövzusunda seminar keçirilib.
Seminarda çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, hər bir şəxsin yaşadığı mühit, təbii-coğrafi şərait, ailə qayda-qanunları və. s əlyazmalarına mütləq şəkildə təsir edir. Vurğulanıb ki, xəttin vasitəsilə yazanın alicənab və aşağı təbəqə əslindən olmasını da təyin etmək olar. Rektor tələbələrin bu cür seminarlarda iştirakını vacib qiymətləndirib və seminarın işinə uğurlar arzulayıb.
Universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Akt zalında keçirilən tədbiri giriş sözüylə açan ali təhsil ocağının rektoru Elbrus İsayev bu cür tədbirlərin gənclərin tərbiyəsi və gələcək ailə həyatında oynayacağı roldan danışıb. Qeyd olunub ki, ailə kiçik dövlətdir, yəni cəmiyyətin əsas özəyi kimi möhkəm təməl üzərində qurulmalıdır. Sağlam ailə isə sağlam cəmiyyət deməkdir. Ailə həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır. Vurğulanıb ki, qarşılıqlı hörmət və güzəşt sağlam və uzunömürlü ailənin ən başlıca şərtlərindəndir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilati-nəzarət şöbəsinin rəisi, “Bələdiyyə və turizm” kafedrasının müəllimi Səttar Zamanov qeyd edib ki, hər bir fərd ailədə formalaşır və uşaqların sağlam düşüncəli, valideynlərə, böyüklərə sevgi və ehtiram, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda yetişməsində ailənin rolu çox böyükdür.