date saat
Next PauseResume Prev |
Fevralın 24-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə Babək rayon Şəkərabad kənd mərkəzində bələdiyyələr üçün seminar keçirilmişdir. “Bələdiyyələrə ödənilən vergilərlə bağlı qanunvericiliyin tələbləri və məsuliyyət” mövzusunda keçirilən seminarda bu sahə üzrə qanunvericiliyin tələbləri və bələdiyyələrin üzərinə düşən vəzifələr barədə iştirakçılara ətraflı məlumat verilib.
Seminarı giriş sözü ilə Babək Rayon İcra hakimiyyəti aparatının ərazi idarəetmə və yerli özünüidarətmə şöbəsinin müdiri Muşfiq Məmmədsoy açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.
Məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, icradan yayınma hallarının qarşısının alınması üzrə fəaliyyətin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən muxtar respublikanın şəhər və rayonlarında ardıcıl olaraq icradan yayınan borclularla görüşlər təşkil edilir.
Fevralın 23-də nazirliyin aidiyyəti şöbə və bölmələrinin əməkdaşları Naxçıvan şəhər icra və probasiya bölməsinin icraatında olan aliment və pul tələbinə dair icra sənədləri üzrə icradan yayınan borclularla görüşmüş, onlarla profilaktiki söhbətlər aparmışdır. Söhbət zamanı qeyd olunub ki, icra sənədi üzrə tələbin qərəzli olaraq icra edilməməsi və ya tələbin icrasına maneçilik törətmə inzibati və cinayət məsuliyyətinə səbəb olur.