date saat
Martın 12-də Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinin və İstintaq bölməsinin əməkdaşları birlikdə icra sənədi üzrə icradan yayınan borclular barədə profilaktik tədbirlər görmək məqsədilə Babək rayonunda olublar.
Nazirliyin əməkdaşları tərəfindən görüşdə iştirak edən borclulara “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri izah edilmişdir. Qeyd olunmuşdur ki, icra qanunvericiliyinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələbləri Azərbaycan Respublikasının ərazisində hüquqi və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Vurğulanıb ki, icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə təqsirkar şəxslər inzibati məsuliyyətə cəlb edildikdən sonra qanunsuz hərəkətlərini davam etdirdikləri təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə cəlb edilirlər.
Sonra aliment və pul öhdəlikləri üzrə ödənişləri gecikdirən borclular dinlənilmiş, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələr aparılmış və onları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti
Martın 11-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə “Bələdiyyələrə ödənilən vergilərlə bağlı qanunvericiliyin tələbləri və məsuliyyət” mövzusunda Kəngərli rayon Yurdçu kənd mərkəzində seminar keçirilmişdir.
Bələdiyyə sədrləri və qulluqçularının iştirakı ilə keçirilən seminarı Kəngərli Rayon İcra hakimiyyəti aparatının ərazi idarəetmə və yerli idarəetmə şöbəsinin müdiri Ağa Seyidov açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.