date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 2021-ci ilə dair iş planına uyğun olaraq aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığın aparılması istiqamətində keçirilən tədbirlər davam etdirilir.
Bu məqsədlə martın 5-də Məhkəmə Ekspertizası Mərkəzində Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin kursantları ilə görüş keçirilib. Görüş zamanı mərkəzin rəisi ədliyyə müşaviri Rafiq Cəfərov tərəfindən kursantlara ədliyyə fəaliyyətinin əsas istiqamətlərindən olan məhkəmə eskpertizası fəaliyyətinin tarixi inkişaf yolundan bəhs edilmiş, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində ekspertizaların mühüm rolundan danışılmışdır. Bildirilib ki, muxtar respublika rəhbərliyinin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində ötən ildə mərkəzə müasir texniki avadanlıqlar alınmış, müasir texnologiyaların və elmi-texniki tərəqqinin açdığı imkanlardan yararlanaraq ekspertiza tədqiqatlarının tam, obyektiv və hərtərəfli aparılmasına, rəylərin mötəbərliyinin təmin olunmasına, yeni növ ekspertizaların keçirilməsinə nail olunmuşdur.
Müasir texnologiyanın sürətli inkişafı dünyada bir çox reallıqları dəyişib və bu reallıqlar içərisində informasiya da xüsusi yer almaqdadır. Hazırda insanlar informasiyaya olan ehtiyaclarını KİV, sosial şəbəkə və s. vasitələr hesabına ödəyirlər. Dünyanın bir çox ölkələrində olduğu kimi ölkəmizdə də sosial şəbəkə istifadəçilərinin əhatə dairəsi digər informasiya vasitələrindən dəfələrlə böyükdür. Təbii ki, bu istifadəçilər arasında uşaqların, yeniyetmələrin də sayı heç də az deyil.
Yaşadığımız reallıqda internetin faydalı olduğunu düşünməkdə haqlıyıq. Lakin bu heç də həmişə faydalı olmur, xüsusən uşaqlar üçün nəzarətsiz və təhlükəli məkana çevrilə bilər. İnternetdə uşaqlar üçün kifayət qədər məlumatlar var, amma unutmamalıyıq ki, zərərli informasiyalar da mövcuddur. Uşaqları qorumaq, onları müdafiə etmək cəmiyyətin əsas vəzifələrindən biridir. Hər birimiz onları qorumalı, hüquqlarını müdafiə etməliyik. Qorumaq dedikdə isə təkcə, onların sağlamlığının, inkişafının qayğısına qalmaq, təhsillə təmin etmək deyil, eyni zamanda sosial şəbəkələrdə, KİV-də yayımlanan zərərli informasiyalardan da qorumaq lazımdır. Təbii ki, bu məsələnin həllinin kökündə maarifləndirmə dayanır.
İnternetə azad girişin olduğu bir zamanda, insanların böyük əksəriyyətinin internetdən geniş istifadə etdiyini, xüsusilə sosial şəbəkələrdən geniş istifadə etmək imkanlarını nəzərə alsaq, uşaqların zərərli informasiyadan qorunma imkanları da çətinləşir.