date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi aidiyyəti orqanlarla əməkdaşlıq fəaliyyətini davam etdirir. Bu məqsədlə mərkəzin ekspertləri tərəfindən Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin kursantları üçün “İnsan izlərinin tədqiqi” mövzusunda mühazirə təşkil edilmişdir.
Mühazirədə kursantlara Məhkəmə Ekspertizası Mərkəzində aparılan ekspertizalar, onların növləri haqqında, hadisə yerinin mühafizəsi, hadisə yerində maddi sübutların tamlığının pozulmaması, onların aşkarlanaraq götürülməsi və düzgün qablaşdırılması, mərkəzdə keçirilən insan izlərinin tədqiqi ekspertizası və daktiloskopik ekspertizalar barədə məlumat verilmişdir.
Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasının vacib şərtlərindən biri də bütün mülkiyyət növləri üzrə, o cümlədən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən səmərəli və məqsədyönlü istifadə edilməsidir. Məhz bu səbəbdən torpaqlardan səmərəli istifadə edilməsi, torpaqların kənd təsərrüfatı dövriyyəsindən əsassız çıxarılmasına yol verilməməsi, onların zərərli təbii antropogen təsirlərdən qorunması, habelə torpaqların münbitliyinin bərpası və artırılması məqsədilə torpaqların mühafizəsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənibdir. Bu sahədə ölkəmizdə zəruri hüquqi baza yaradılmış, 1999-cu il 30 dekabr tarixdə “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Həmin qanun dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların münbitliyinin bərpasının, artırılmasının və mühafizəsinin hüquqi əsaslarını müəyyən etmişdir. Bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsiplərindən biri də torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunmasıdır.
Müsabiqəyə yerli icra və probasiya qurumlarında 10 vakant icra məmuru vəzifəsi (vəzifə kodu: 960000) çıxarılmışdır. İcra məmuru vəzifəsinin tutulması üçün ali hüquq təhsilli, 30 yaşınadək Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən şəxslər 13 fevral-13 aprel 2021-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və aşağıdakı sənədlərin skan olunmuş surətlərini “şəxsi kabinet”ə yükləməlidirlər:
1. Şəxsiyyət vəsiqəsi;
2. Ali təhsil haqqında sənədlər;
3. Əmək kitabçası (olduğu təqdirdə);
4. Hərbi bilet;
5. 3x4 santimetr ölçüdə fotoşəkil (ağ fonda)