date saat
Ədliyyə Nazirliyi tərəfindən fəaliyyət istiqamətinə uyğun olaraq bələdiyyələrin işinin təşkilinə kömək, onlara metodoloji yardım göstərilməsi istiqamətində ardıcıl tədbirlər görülür və aidiyyəti dövlət orqanları ilə maarifləndirici tədbirlər keçirilir. Təşkil edilən tədbirlərin davamı olaraq fevralın 10-da Ədliyyə Nazirliyinin və Maliyyə Nazirliyinin yanında Maliyyə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Bələdiyyələrin maliyyəsinin formalaşması və yerli büdcə vəsaitlərindən istifadə olunması ilə bağlı qanunvericiliyin tələbləri” mövzusunda Naxçıvan şəhər Qaraçuq Kənd Mərkəzində bələdiyyələr üçün seminar keçirilmişdir.
Günümüzdə sosial media həyatın ayrılmaz bir hissəsinə çevrilib. Son dövrlərdə uşaqlar və yeniyetmələr sosial mediadan əylənmək, dostluq etmək, maraqlarını bölüşmək, şəxsi inkişaf və tanışlıq məqsədilə istifadə edirlər. Sosial medianın tərkibinə daxil olan proqramlar, oyunlar, vebsaytlar və digər öyrənmə mühitləri hətta kiçik uşaqların da bu platformalardan istifadə etmələrinə imkan yaradır. Ona görə də uşaqlarının istifadə etdiyi sosial mediadan xəbərdar olmaq valideynlər üçün əhəmiyyətlidir. Sosial mediadan məsuliyyətlə, hörmətlə və təhlükəsiz şəkildə istifadə edərək ondan faydalanmaq mümkündür. İstifadə qaydasından asılı olaraq sosial media və internet uşaqların xarakterlərinin formalaşmasında və həyat tərzlərində öz müsbət və mənfi təsirlərini göstərir.
|
Fevralın 5-də Ədliyyə Nazirliyinin 2022-ci ilə dair iş planının icrası istiqamətində görülən tədbirlər çərçivəsində nazirliyin Məhkəmə Ekspertiza Mərkəzinin əməkdaşlarının kargüzarlıq və peşəkarlıq səviyyələrinin artırılması, bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəlik tədris saatı təşkil edilmişdir.
Tədbiri giriş sözü ilə nazirliyin Kadrlar bölməsinin rəisi ədliyyə müşaviri Niyaməddin Əliyev açaraq bu sahədə mövcud qanunvericiliyin tələblərini iştirakçıların diqqətə çatdırmışdır. Bildirib ki, hər bir əməkdaş onlara həvalə olunan vəzifələrin və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmalı, peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün daim öz üzərində çalışmalıdır. Nazirlik ekspertlərin peşə biliklərinin artırılması məsələsini daim diqqətdə saxlayır və bu məqsədlə mütəmadi olaraq ekspertlərin peşə kurslarına cəlb edilməsi istiqamətində işlər görür.