date saat
Next PauseResume Prev |
"Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı Sərəncamın icrası ilə əlaqədar Ədliyyə Nazirliyinin kollektivi Naxçıvan Dövlət Xalça Muzeyində olublar.
Muzeyin bələdçisi tərəfindən əməkdaşlara muzeyin tarixi inkişafı və fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, muzey 1998-ci ildə yaradılmışdır və hazırda muzeydə 320-dən artıq xalça nümayiş etdirilir. Nümunələrin qorunması üçün müasir standartlara uyğun şərait yaradılıb. Burada xovsuz və xovlu xalça növləri, habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri saxlanılır. Muzeydə Naxçıvan qrupuna aid 120 xalça nümayiş etdirilir.
Məhkəmə və digər orqanların qərarlarının vaxtında təmin olunması və icrası çətinlik çəkən işlərin həlli istiqamətində nazirliyin əməkdaşları tərəfindən ötən illərdə həyata keçirilən tədbirlər davam etdirilir. Növbəti tədbir yanvarın 28-də Şərur Rayon İcra və Probasiya Şöbəsində keçirilmişdir.