date saat
Next PauseResume Prev |
Qarşıdan gələn bayramlar ərəfəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və İnzibati Məhkəmənin kollektivi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə Şərur rayonunda yerləşən “N” saylı hərbi hissənin əsgərləri ilə görüşüb, onlara bayram sovqatları aparmışlar.
Görüş zamanı Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov hərbi hissənin kollektivini qarşıdan gələn bayramlar münasibətilə təbrik etmiş, əsgərlərə xoş arzularını çatdırmışdır. Nazir vurğulayıb ki, həmrəylik həyatımızın bütün sahələrində vacib əhəmiyyətə malikdir, xüsusi ilə də hərbiçilərimiz üçün mənəvi dayaq və əzmdir. Azərbaycan əsgəri və Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək, həmrəy olaraq ötən il şanlı qələbə qazanılmış, torpaqlarımız işğaldan azad olunmuşdur. Bu qələbə Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, böyük siyasi iradəsi, Azərbaycan əsgərinin gücü, gənclərimizin özləri üçün hər şeydən üstün tutduğu Vətən sevgisidir.