date saat
Next PauseResume Prev |
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetində “Qrafoloji tədqiqatın aparılmasında ümumi əlamətlər və ümumi üsullar” mövzusunda müəllimlərin və tələbələrin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə universitetin Pedeqoji fakültəsinin dekanı İsmət Həsənov açaraq tədbirin əhəmiyyətindən danışmış, tələbələrin nəzəri biliklərinin artırılmasında bu cür tədbirlərin xüsusi rol oynayacağını qeyd etmişdir.
Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Rafiq Cəfərov tədbirdə çıxış edərək mərkəzin yaranması, bu günkü inkişaf səviyyəsi, aparılan ekspertiza növləri və ixtisaslarının hər biri barədə ətraflı məlumat vermişdir.
Aprelin 19-da Dövlət Sığorta Xidmətinin əməkdaşları tərəfindən Ədliyyə Nazirliyində nazirliyin və Məhkəmə Ekspertiza Mərkəzinin əməkdaşlarının iştirakı ilə “Sığortanın müxtəlif növləri ilə bağlı” maarifləndirici görüş keçirilib.
Tədbiri giriş sözü ilə Ədliyyə Nazirliyinin Kadrlar bölməsinin rəisi, ədliyyə müşaviri Niyaməddin Əliyev açaraq keçirilən tədbirin əhəmiyyətini iştiraşçıların diqqətinə çatdırıb.
Sonra Dövlət Sığorta Xidmətinin əməkdaşları Mehdi Bağırov “Fərdi qəza sığortası”, Amil Məmmədov “Daşınmaz əmlakın icbari sığortası”, Çinarə Mərcanova isə “Fiziki şəxslərə məxsus olan heyvanların sığortası” barədə məlumat veriblər.