date saat

Aprelin 14-də Ədliyyə Nazirliyinin İcra və Probasiya Şöbəsinin əməkdaşları və yerli icra və probasiya  qurumlarında çalışan icra məmurları “İcradan qərəzli yayınan borcluların cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimatların verilməsi” və “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” mövzularında təşkil edilən onlayn təlimdə iştirak ediblər.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının onlayn formatda təşkli etdiyi təlimdə icraatda olan işlərin icra olunma faizinin yüksəldilməsi istiqamətində atılan addımlardan, bu sahədə tətbiq edilən yeniliklərdən danışılıb, təlimin icra məmurlarının bu sahədəki bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağı qeyd edilib.

Təlimdə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyin pozulmasına görə, həmçinin icra sənədinin qərəzli olaraq icra edilməməsinə görə məsuliyyətə cəlb edilmə proseduru haqqında məlumat verilib. İcra məmurları tərəfindən icra sənədini qərəzli icra etməyən borclu  şəxslər barəsində atacağı addımlardan ətraflı bəhs edilmişdir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və bu halın baş verməsinə səbəb olmuş əsasların aradan qalxdıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhdudlaşdırılmanın götürülməsi ilə bağlı görüləcək tədbirlərdən danışılmışdır.

Təlimdə mövzular ətrafında geniş müzakirələr aparılmış, icra məmurlarını maraqlandıran suallara aydınlıq gətirilmişdir.

 

        Naxçıvan Muxtar Respublikası

    Ədliyyə Nazirliyinin mətbuat xidməti