date saat
İnsan həyatında havanın, suyun, günəş enerjisinin və bu kimi digər amillərin rolu böyükdür. Ətraf mühitin sağlamlaşdırılmasında əsas ünsür kimi çıxış edən və bir çox faydalı elementləri özündə cəmləşdirən ağac və bitkilərin də insan yaşamında əhəmiyyəti heç də az deyil. Mülkiyyətçilər torpaq sahələrində (bəzən də qonşu torpaq sahələrini bir-birindən ayıran yerlərdə) məşğuliyyət kimi, tələbatlarının ödənilməsi və digər məqsədlərlə ağac və bitki kollarının əkilməsi və becərilməsi ilə məşğul olurlar. Bu ağacların qonşunun sahəsinə çıxıntılı budaqları və uzanan kökləri ola bilər. Bu cür hallarda ağac budaqlarının, uzanan köklərin, bitkilərin qonşunun mülkiyyətinə ziyan vurması qanunvericilikdə necə tənzimlənir?
Mülki Məcəllənin tələbinə görə əgər bu çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa, onun tələbi ilə bu ziyanlı hallar aradan qaldırılmalıdır. Əgər ağlabatan müddətdə onlar aradan qaldırılmazsa, hüququna toxunulan şəxs həmin budaqları və kökləri heç kəslə razılaşdırmadan kəsə bilər və kəsilmiş budaqları və kökləri ağacın mülkiyyətçisinə qaytarmağa borclu deyildir. Qonşu torpaq sahəsinə düşən meyvələr həmin sahənin mülkiyyətçisinə mənsubdur. Bundan başqa çıxıntılı budaqların olmasına icazə verən torpaq sahəsinin mülkiyyətçisi qonşu ağacının çıxıntılı budağında yetişən meyvələrə hüquq əldə edir. Bu göstərişlər meşə torpaq sahələrinə şamil edilmir. Çünki meşə torpaq sahələrində yetişən meyvələr qanunvericilikdə nəzərdə tutulmuş qaydada yığılması hamıya müəssər olan əmlak kimi onu yığan şəxsə mənsub olur.
Dekabrın 25-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda Babək rayon Hacıvar kənd mərkəzində seminar təşkil edilib. İnzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə keçirilən seminarı giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Muşfiq Məmmədsoy açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.
Seminarda nazirliyin əməkdaşları Zülfü İsmayılovun “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri”, Ayaz Məhərrəmovun “Ad hüququ və adların verilməsi ilə bağlı qanunvericiliyin tələbləri” və Həbibə Əliyevanın “Doğumun, ölümün və nikahın qeydə alınması zamanı yol verilən nöqsanlar” mövzusunda çıxışları dinlənilib.