date saat
Bəşəriyyət öz inkişafı tarixində yüzlərcə kəşflər etmişdir. Hər bir kəşf öz vəzifə və məqsədinə görə cəmiyyətin tərəqqisində xüsusi rol oynayır. Bu əhəmiyyətli kəşflərdən biri də yazıdır. Yazının yaranma tarixi hələ çox qədim dövrlərə gedib çıxır. Onun əlifbadan əvvəlki dövrü piktoqrafik və ideoqrafik yazı növləri ilə seçilir. İlk yazı növü müxtəlif şəkillər və simvollar əsasında formalaşaraq təsvir vasitəsi ilə müəyyən məlumatlar şəklində yazıya köçürülmüşdür. Belə məlumatların yazıya çevrilmə səbəbi nitqi şəkil və simvollarla canlandırma deyil, baş vermiş hadisələri yadda saxlamaq zərurətindən meydana gəlmişdir. Qədim zamanlarda insanlar ayrı-ayrı qruplar şəklində yaşadıqları üçün əlaqələri zəif olmuşdur. Lakin ictimai quruluşun formalaşmağa başladığı zaman bölgüsündə bu qruplar arasında siyasi, iqtisadi və sair əlaqələr tədricən yaranmağa başlamışdır. Ayrı-ayrı tayfalar arasında müəyyən məqsədlər üçün bir-biriləri ilə danışıqlar aparmaq zərurəti meydana gəlmişdir. Həmçinin öz duyğu, düşüncə və arzularını bir-birilırinə çatdırmaq ehtiyacı da yaranmışdır ki, belə təlabatı, şübhəsiz, təkcə şifahi ünsiyyət ödəyə bilməzdi. Elə buna görə də insanlar ünsiyyətə köməkçi olan ikinci bir vasitəni, yazını yaratmağa başladılar. Qeyd edək ki, yazının başlanğıc dövrü heç bir xüsusi plan və ya düşünülmüş qayda əsasında deyil, tədrici yolla meydana gəlmişdir. Deməli, yazı insanların dillə ünsiyyət saxlamaları mümkün olmadığı şəraitdə, çox tədrici şəkildə, həm də zəruri təlabat əsasında meydana gəlmişdir. Yazının əmələ gəlməsində fikrin müxtəlif vasitələrlə ifadə və əks olunmasının xüsusi təsiri olmuş və bu proses əsasən iki formada baş vermişdir.
Muxtar respublikamızda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu müstəvidə həyata keçirilən və gələcək perspektivlərə hesablanmış uğurlu layihələr icra edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı ali təhsil müəsissələrinin kadr potensialının inkişafına istiqamətlənmiş mühüm amildir. Həmin Sərəncamı rəhbər tutaraq Ədliyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təsdiq etdiyi 2020-2021-ci tədris ilinə dair tədbirlər planının icrası istiqamətində işlər davam etdirilir. Tədbirlər planına uyğun olaraq universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının IV kurs tələbələrinin cari ilin noyabr-dekabr ayları ərzində nazirlikdə və tabe qurumlarında təcrübə keçmələri nəzərədə tutulmuşdur. Tələbələrin nazirliyin Naxçıvan Şəhər Nikah Evində, Naxçıvan Şəhər Qeydiyyat Şöbəsində və Naxçıvan şəhər 3 saylı notariat ofisində təcrübə kursu keçmələri təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə Naxçıvan Universitetinin 2020-2021-ci tədris ili üçün birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq “Ailə cəmiyyətin özəyidir” proqramı çərçivəsində maarifləndirici konfrans keçirilmişdir. Universitetin müəllim və tələbələrinin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə Naxçıvan Universitetinin rektoru dosent Nurlana Əliyeva açmış, nikah hüququnun əhəmiyyəti barədə geniş məlumat vermiş, nikahın dövlətin və cəmiyyətin inkişafındakı rolundan danışmışdır.
Kofransda nazirliyin əməkdaşları Rəşad Allahverdiyevin “Nikahın bağlanma qaydası və şərtləri”, Reyhan Sadiqovanın “Nikahın bağlanmasına mane olan hallar”, Həbibə Əliyevanın “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin əhəmiyyəti və qaydaları”, universitetin müəllimləri Aytən Məmmədovanın “Ailə dəyərlərinin formalaşmasında nikahın rolu” və Aygün Rüstəmovanın “Erkən nikah problemi” mövzularında çıxışları dinlənilmişdir. Qeyd olunmuşdur ki, nikah cəmiyyətimizdə vətəndaşların ən çox müraciət etdiyi aktual mövzulardan biridir. Nikaha daxil olmaq hər bir şəxsin azad hüququdur. Nikahın bağlanma qaydasından danışarkən diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Ailə Məcəlləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçməlidirlər.