date saat
Hər bir insan vətəndaşlıq kimliyi ilə mənsub olduğu dövlətin, eləcə də aid olduğu xalqın təmsilçisidir. Şəxsin vətəndaş olaraq mənsubiyyəti xalqına və dövlətinə bağlılığı, aid olduğu xalqın fərdi kimi öz milli dəyərlərinə sadiqliyidir. Vətəndaşlıq həmrəyliklə, bir olmaqla bütövləşən anlayışdır. Eyni zamanda vətəndaşlığın əsasında mənəvi olaraq vətənpərvərlik bağı dayanır. Biz bunu Vətən müharibəsində əyani olaraq, daha qabarıq şəkildə gördük və yaşadıq. Bu haqq savaşında biz xalq olaraq bütöv olduq. Din, dil, irq, etnik mənsubiyyət fərqi vətəndaş həmrəyliyi ilə, xalqın vahidliyi ilə bütövləşdi. Bütün dünyaya bir daha sübut edildi ki, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Sadəcə dinc dövrdə deyil, eyni zamanda müharibə dövründə də milli mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları bir yumruq kimi birləşməyi bacardı. Tolerantlığın Azərbaycan nümunəsi öz sözünü Vətən müharibəsində lap aydın şəkildə nümayiş etdirdi. Biz vətəndaş olaraq həm ön, həm də arxa cəbhədə mübarizə apararaq düşmənlərimiz üzərində haqq etdiyimiz qələbəni təmin etdik. Dekabrın 10-da Bakıda, Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər Paradına baxanda ulu öndərimizin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” məşhur kəlamını qəlbən duyub, hiss etdik. Müstəqil Azərbaycan Respublikasının vətəndaşı olaraq hər birimiz qürur və məmnuniyyət duyduq. Bizə bu sevinci yaşadan Ali Baş Komandana və müzəffər ordumuza minnətdarıq. Həmçinin bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Qazilərimizə tezliklə şəfa tapmalarını diləyirik.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi və qanunçuluğun təmin edilməsi” mövzusunda Culfa rayonunda bələdiyyə sədrləri və bələdiyyə qulluqçularının iştirakı ilə seminar keçirilib.
Culfa Rayon İcra Hakimiyyəti aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mehdi Paşayev çıxışında bütün sahələrdə olduğu kimi yerli özünüidarəetmə sahəsinin də muxtar respublikada daim diqqət və qayğı ilə əhatə olunduğunu qeyd etmiş, keçirilən maarifləndirici seminarların və metodiki köməkliklərin əhəmiyyətindən danışmışdır.
Seminarda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən Xəyal Eyvazov, Qanunçuluq bölməsinin rəisi Ayaz Məhərrəmov və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin sektor müdiri Oqtay Məmmədov çıxış ediblər.