date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquqşünaslıq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin nazirlikdə keçdikləri təcrübə kursu nazirliyin Məhkəmə Ekspertizası Mərkəzində davam etdirilmişdir. Tələbələr praktiki olaraq mərkəzdə aparılan ekspertizaların keçirilməsini müşahidə etmiş, tədqiqatların aparılması üçün nəzərdə tutulan avadanlıqlarla tanış olmuşlar.
Dekabrın 22-də mərkəzdə təcrübənin bitməsi ilə əlaqədar tələbələrlə görüş keçirilmişdir. Görüş zamanı ədliyyə fəaliyyətnin əsas istiqamətlərindən olan məhkəmə ekspertizasının tarixi inkişaf yolundan bəhs edilmiş, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rolundan danışılmışdır. Məlumat verilmişdir ki, muxtar respublika rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində mərkəzə yeni avadanlıqlar alınmış, ötən dövrdə müasir texnologiyaların və elmi-texniki tərəqqinin açdığı imkanlardan yararlanaraq ekspertiza tədqiqatlarının dolğun və dəqiq aparılmasına, rəylərin mötəbərliyinin təmin olunmasına, yeni növ ekspertizaların keçirilməsinə nail olunmuşdur.
"Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı Sərəncamın icrası ilə əlaqədar Ədliyyə Nazirliyinin kollektivi Heydər Əliyev muzeyini ziyarət edib.
Dekabrın 18-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün seminar keçirilmişdir. Nazirliyin və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının 2020-ci il üçün təsdiq etdiyi birgə tədbirlər planına əsasən keçirilən seminarı giriş sözü ilə Qeydiyyat və notariat şöbəsinin notariat bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyə müşaviri Zülfü İsmayılov açaraq mövzunun aktuallığı barədə danışmışdır. Qeyd edib ki, demokratik inkişaf yolu seçən bütün dövlətlərdə olduğu kimi ölkəmizdə də vətəndaş cəmiyyəti quruculuğu sahəsində ictimai sektorun inkişafı üçün zəruri tədbirlər görülmüş, beynəlxalq təcrübədən istifadə olunmuşdur. Bu təşkilatların qanuna uyğun fəaliyyətinin təmin edilməsi istiqamətində qanunvericiliklə müəyyən edilən tədbirlər həyata keçirilmişdir. Nəticədə qeyri-hökümət təşkilatlarına dövlət dəstəyinin olması, onların fəaliyyətinə öz müsbət təsirini göstərmişdir.