date saat
Yanvarın 30-da Ədliyyə Nazirliyinin kollektivi muzey günləri çərçivəsində Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət edib. Naxçıvan abidələri içərisində mühüm əhəmiyyətə malik “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 05 iyun 2013-cü il tarixli Sərəncamı ilə yaradılmışdır.
Bələdçi muzey kompleksi haqqında kollektivə ətraflı məlumat verərək bildirib ki, "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi 5 min il bundan əvvəl Naxçıvan qədim şəhər mədəniyyətinin formalaşdığı əraziyə daxildir. Ərazidə gedən müharibələr nəticəsində Naxçıvanqala bir neçə dəfə dağıdılmış, sonra yenidən bərpa edilmişdir. Muxtar respublikada aparılan abadlıq-quruculuq işləri nəticəsində ərazidə bərpa işləri aparılmış, 2014-cü ildə muzey kompleksi kimi fəaliyyətə başlamışdır.
Torpağın insan cəmiyyəti üçün çox böyük əhəmiyyəti vardır. Belə ki, insanlar qədim dövrlərdən başlayaraq qida əldə etmək məqsədilə kortəbii şəkildə də olsa, torpağa müəyyən təsir göstərmişlər. Sonralar torpaqda müəyyən bitkilər əkməklə bu təsir daha da artmış və güclənmişdir. Torpaqların becərilməsi nəticəsində torpağın fiziki xassəsi kökündən dəyişir.Torpaq qida məhsullarının mühüm mənbəyidir. Təbiətdə torpaqlar müxtəlif olduğu kimi, onların qida maddələri ilə təmin olunma dərəcəsi də xeyli müxtəlifdir. Bu qida maddələri də bu və ya digər torpaqlarda becərilən müxtəlif çeşidli kənd təsərrüfatı bitkiləri və heyvanlar tərəfindən mənimsənildiyindən onları üzvi, mineral və bakterial gübrələr tətbiq etməklə təkrar torpağa qaytarmaq zərurəti yaranır.
İnsan cəmiyyəti yaranan gündən onun bütün fəaliyyəti istehsal vasitəsi olan torpaqla bağlı olmuşdur. Həm də bu bağlılıq və təsir son zamanlarda daha da artmış və güclənmişdir. İnsan cəmiyyətinin torpaq örtüyünə təsiri onların təbii mühitə təsirinin bir tərəfini təşkil edir.
Torpağın əsas xassəsi onun münbitliyidir. Münbitlik torpaqda bitkinin normal yaşaması və məhsul yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini, hava və istiliklə təmin etmək qabiliyyətidir. Torpağın tərkibində su çox olduqda bataqlığa çevrilir, mineral duzlar çox olduqda şoranlaşır, əkin üçün yararsız olur. Münbit torpaq qatı uzun illər ərzində ona müxtəlif bitki və heyvan qalıqlarının, çürüntülərinin qarışması nəticəsində əmələ gəlir. Ona görə də torpaqdan düzgün istifadə edilməsinin və onun mühafizə olunmasının böyük əhəmiyyəti vardır. Bütün sərvətlər tükənə bilər. Amma torpaq ən qiymətli sərvət olaraq böyük iqtisadi əhəmiyyətini hər zaman göstərir. Torpaq ona düzgün qulluq edildikdə daha böyük gəlir verir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə “Naxçıvan” Universitetinin 2020-2021-ci tədris ili üçün birgə təsdiq olunmuş tədbirlər planına uyğun təşkil edilən “Ailə cəmiyyətin özəyidir” proqramı çərçivəsində növbəti maarifləndirici konfrans “Valideyn himayəsindən məhrum olan uşaqların sosial, hüquqi və psixoloji müdafiəsi” mövzusuna həsr edilib.