date saat
Yanvarın 22-də Məhkəmə Ekspertizası Mərkəzində ötən ilin yekunlarına dair Ədliyyə Nazirliyində keçirilən kollegiyadan irəli gələn vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir. Müşavirədə ötən dövr ərzində mərkəzdə görülən işlər təhlil olunmuş, qarşıda duran vəzifələrin icrası istiqamətində tapşırıqlar verilmişdir.
Müşavirəni giriş sözü ilə ədliyyə naziri, baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq ekspertiza fəaliyyəti ilə bağlı altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci və üçüncü sessiyalarında verilmiş tapşırıqları və nazirliyin ötən ilin yekunlarına dair keçirilən kollegiyasından irəli gələn vəzifələri diqqətə çatdırmışdır.
Uşaqların qlobal səviyyədə qəbul olunmuş hüquqları çox da uzaq olmayan keçmişə təsadüf edir. Belə ki, XX əsr insan hüquq və azadlıqlarının və eləcə də onun tərkib hissəsi olan uşaq hüquqlarının tanınması və qorunması istiqamətində mühüm rol oynayır. Hələ əsrin əvvəllərində qəbul edilmiş “Uşaq Hüquqları üzrə Cenevrə Bəyannaməsi”ni bu sahəni tənzimləyən ilk əhəmiyyətli sənəd olaraq qəbul etmək olar. Daha sonra 1989-cu ildə BMT-nin qəbul etdiyi və dünyanın əksər ölkələri tərəfindən təsdiqlənən “Uşaq Hüquqları Konvensiyası” dünyanın hər yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edən ümumbəşəri və uşaq hüquqlarına dair bütün məsələləri özündə cəmləşdirən ən böyük sənəd olub.
Müstəqillik əldə etdikdən sonra dünya qlobal məkanına hər sahə üzrə qısa zamanda inteqrasiya edən ölkəmiz hüquqi sferada da bu işin öhdəsindən layiqincə gəlib. Azərbaycanda uşaq hüquqları ilə bağlı siyasətin əsası da məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dahi şəxsiyyətin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minib. Bu cür beynəlxalq konvensiyaların prinsipləri milli qanunvericilikdə də əksini tapıb. 1998-ci ildə isə ölkəmizdə “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. İstər beynəlxalq, istərsə də yerli qanunvericiliyimizdə qəbul edilmiş hər bir sənəddə uşaqların doğulduğu andan sahib olduqları ailədə yaşamaq, təhsil almaq, sağlamlıq, fiziki və psixoloji istismara qarşı qorunmaq və digər hüquqları öz əksini tapıb.