date saat
Hər bir ölkənin iqtisadi inkişafının potensial elementlərindən biri də torpaq ehtiyatlarıdır. Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə etdikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi torpaq sahəsində də islahatlar aparılmış, torpaq üzərində dövlət mülkiyyəti ilə yanaşı bələdiyyə və xüsusi mülkiyyət növləri də qanunvericilikdə təsbit edilmişdir.
Bələdiyyə mülkiyyətinə aid edilən torpaqlara torpaq islahatı aparılan, müvafiq inzibati ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar istisna olmaqla, qalan bütün torpaqlar aiddir. Yəni ümumi istifadədə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqları bələdiyyə mülkiyyətinə aid olan torpaqlardır. Bələdiyyə ehtiyat fondu torpaqlarına isə yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları, ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları aiddir.
Vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlayışıdır. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır.Vərəsəlik münasibətlərinin yaranmasında əsas kimi mirasqoyanın vəsiyyəti, qanunda nəzərdə tutulmuş əsaslardan daha üstün qüvvəyə malikdir. Belə ki, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyətnamə miras əmlakın hamısını əhatə etməsə və ya vəsiyyətnamə qismən etibarsız sayılarsa, miras əmlakın vəsiyyətnamə ilə əhatə edilməmiş hissəsinə və ya vəsiyyətnamənin etibarsız sayılmış hissəsində nəzərdə tutulmuş miras əmlaka qanun üzrə vərəsəlik qüvvədə olur.
Qeyd olunduğu kimi, Mülki Məcəlləyə görə vərəsəliyin qanun və vəsiyyət üzrə həyata keçirilməsi nəzərdə tutulubdur. Həm qanun üzrə vərəsə, həm də vəsiyyət üzrə vərəsə miras qoyanın öldüyü məqamda sağ olan şəxslər və onun ölümündən sonra doğulmuşlar ola bilərlər.
Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin birinci hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Əmək insan həyatının, onun sağlamlığının və firavan yaşayışının əsas şərtidir. Cəmiyyətin maddi əsasını əmək fəaliyyəti təşkil edir. Əmək cəmiyyətin təməli, insanların firavan həyatının əsasıdır. Buna müvafiq olaraq əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət seçməklə xarakterizə olunur.
İnsan həyatının ayrılmaz hissəsi olan əmək fəaliyyəti ilə məşğul olan hər bir kəs cəmiyyətin və Vətənin inkişafına öz töhfəsini verməklə məzuniyyət hüququndan da istifadə etmək imkanının əldə edir. Məhz əməklə Vətənimizin ayrılmaz parçası olan Naxçıvan da bu gün yenidən qurulur, inkişaf və tərəqqi edir. Əmək bütövlükdə insan cəmiyyətini dəyişdiyi kimi, hər bir fərdin həyatında da mühüm rol oynayır.