date saat
Nazirliyin İcra və probasiya şöbə və bölmələrinin əməkdaşlarının iştirakı ilə məhkəmə qərarlarının vaxtında və düzgün icrasının həyata keçirilməsi, icra və probasiya sahəsində kadr hazırlığı, etik davranış qaydalarına, icra və əmək intizamına riayət edilməsi ilə əlaqədar növbəti tədris saatı təşkil edilmişdir.
İcra və probasiya şöbəsinin rəisi baş ədliyyə müşaviri Emin Kazımov tədris saatının gündəliyi haqqında məlumat verib. Qeyd olunub ki, yerli icra və probasiya qurumlarının fəaliyyətinə mütəmadi olaraq nəzarət edilir, yol verilən nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görülür. Bildirib ki, bütün əməkdaşlar xidməti vəzifələrini yerinə yetirərkən qanunvericiliyin tələblərinə əməl etməli, icraatlarında olan hər bir işin icrasına məsuliyyətli və diqqətlə yanaşmalıdır.
Ədliyyə Nazirliyi tərəfindən ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində və vətəndaşların pozulmuş hüquqlarının bərpasında mühüm əhəmiyyət kəsb edən məhkəmə qərarlarının icrası nəzarətdə saxlanılır. Məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, icradan yayınma hallarının qarşısının alınması üzrə fəaliyyətin gücləndirilməsi məqsədilə nazirlik tərəfindən muxtar respublikanın şəhər və rayonlarında ardıcıl olaraq icradan yayınan borclularla görüşlər təşkil edilir. Qanunvericilikdən irəli gələn vəzifələrin müzakirəsi məqsədilə növbəti görüş Babək rayonunda icradan yayınan borcluların iştirakı ilə keçirilmişdir.
Görüş zamanı Ədliyyə Nazirliyinin aidiyyəti şöbə və bölmələrinin əməkdaşları rayon icra və probasiya bölməsinin icraatında olan aliment və pul tələbinə dair icra sənədləri üzrə icradan yayınan borclularla profilaktik söhbətlər aparmış, icra sənədi üzrə tələbin qərəzli olaraq icra edilməməsi və ya tələbin icrasına maneçilik törətmənin yaratdığı inzibati və cinayət məsuliyyəti barədə ətraflı məlumat vermiş, qanunvericiliyin tələblərini izah etmişlər.