date saat
Nazirliyin İcra və probasiya şöbə və bölmələrinin əməkdaşlarının iştirakı ilə məhkəmə qərarlarının vaxtında və düzgün icrasının həyata keçirilməsi, icra və probasiya sahəsində kadr hazırlığı, etik davranış qaydalarına, icra və əmək intizamına riayət edilməsi ilə əlaqədar növbəti tədris saatı təşkil edilmişdir.
İcra və probasiya şöbəsinin rəisi baş ədliyyə müşaviri Emin Kazımov tədris saatının gündəliyi haqqında məlumat verib. Qeyd olunub ki, yerli icra və probasiya qurumlarının fəaliyyətinə mütəmadi olaraq nəzarət edilir, yol verilən nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görülür. Bildirib ki, bütün əməkdaşlar xidməti vəzifələrini yerinə yetirərkən qanunvericiliyin tələblərinə əməl etməli, icraatlarında olan hər bir işin icrasına məsuliyyətli və diqqətlə yanaşmalıdır.
Kadrlar bölməsinin rəisi ədliyyə müşaviri Niyaməddin Əliyev çıxışında bildirib ki, ötən müddətdə məhkəmə və digər dövlət orqanların qərarlarının icrası istiqamətində mühüm adımlar atılıb. Yerli icra və probasiya qurumlarının kadr potensialının gücləndirilməsi və icraatda olan sənədlərin vaxtında və düzgün icrası məqsədilə mütəmadi işlər davam etdirilir. Qeyd edib ki, ədliyyə işçisi öz qulluq borcunun məsuliyyətini dərindən dərk etməli, ixtisasını artırmalı, eləcə də şöbə və bölmələrin rəisləri qulluq vəzifələrini yerinə yetirərəkən icra məmurlarının nəzəri biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görməlidirlər.
İcra və probasiya şöbəsinin rəis müavini I dərəcəli ədliyyə qulluqçusu Rəşad Allahverdiyev “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini diqqətə çatdırmış, görülən işlər və yol verilən nöqsanlardan bəhs etmişdir. Mövzu ətrafında yerli icra və probasiya qurumlarının əməkdaşları da çıxış etmiş, mövzuyla əlaqədar müzakirə və təhlillər aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliynin mətbuat xidməti