date saat
Mülki hüquq münasibətlərində vətəndaşların ən çox müraciət etdiyi müqavilə növlərindən biri də əmlak kirayəsi müqaviləsidir. Qeyd edək ki, müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır.
Ümumiyyətlə, hər bir şəxsin haqq ödəmək müqabilində özgəsinin əmlakından istifadə etmək hüququ var. Əmlakın mülkiyyətçisi isə onu başqasının istifadəsinə verməklə müəyyən gəlir əldə edə bilər. Müqavilədə iki tərəf, yəni öz əmlakını kirayəçinin istifadəsinə verən şəxs və həmin əmlakdan müəyyən haqq ödəməklə istifadə hüququ əldə edən kirayəçi iştirak edir. Beləliklə, əmlak kirayəsi müqaviləsi ikitərəfli və əvəzli müqavilədir.
Vurğulayaq ki, əmlak kirayəsi müqaviləsində həm kirayəyə verən, həm də kirayəçi kimi fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Hər şeydən əvvəl müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunda birbaşa nəzərdə tutulmuş hüququdur.
Muxtar respublikamızda uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil kadrların ədliyyə orqanlarına şəffaf müsabiqə yolu ilə qulluğa qəbulu, layiqli vətəndaş və ədliyyə qulluqçusu kimi formalaşdırılması, onların bilik, bacarıq və potensialından səmərəli istifadə olunması istiqamətində məqsədyönlü işlər görülür. Dövlət gənclər siyasətinə uyğun olaraq Ədliyyə Nazirliyinin kadr korpusunun yeni nəsil gənc mütəxəssislərlə möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, aşkarlıq şəraitində açıq müsabiqələr keçirilir.
Bu gün dünyanın müxtəlif ölkələrində cərəyan edən hadisələrə nəzər saldıqda görürük ki, uşaqlar müharibə dəhşətləri yaşayır, bir çoxu savaşın qurbanı olur, ya da döyüşlərdə valideynlərini itirərək təhsil və tərbiyədən uzaq düşürlər. Sevindirici haldır ki, bu gün ölkəmizdə və muxtar respublikamızda uşaqlar sağlam mühitdə, dövlətin və valideynlərinin himayəsi və qayğısı ilə böyüyürlər.
Bu gün dünyada uşaq hüquqlarının müdafiəsini təmin etmək üçün beynəlxalq və milli mexanizmlər mövcuddur. Uşaq hüquqlarının təminatı ilkin olaraq ali hüquqi qüvvəyə malik olan Konstitusiyamızda öz əksini tapır. Orada qeyd olunduğu kimi, cəmiyyətin əsas özəyi olan ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq, onları müdafiə etmək isə ailənin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir.Uşaq hüquqlarının təmin olunması valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsədlər sırasındadır. Çalışmalıyıq ki, dövlətimizin gələcəyi olan uşaqlar sağlam mühitdə layiqli vətəndaş kimi böyüsün. Çünki yalnız təhsilli, savadlı, intellektual səviyyəli və ictimai həyatda fəal uşaqlar sabahın layiqli gəncliyi kimi dövlətə və xalqa xidmət göstərə bilər. Təsadüfi deyil ki, ölkədə gələcəyin vətənpərvər, intellektual gəncliyi olan bugünkü uşaqların firavan həyat səviyyəsinin, təlimtərbiyəsinin, fizikimənəvi sağlamlığının təmini istiqamətində sistemli və ardıcıl siyasət həyata keçirilir.