date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika ərazisində fəaliyyət göstərən bələdiyyə orqanlarına metodiki köməkliyin göstərilməsi davam etdirilib.
Cari ilin əvvəlindən başlayaraq ötən 5 ay ərzində nazirliyin əməkdaşları Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Kəngərli və Sədərək rayonlarında fəaliyyət göstərən bələdiyyələrin kargüzarlıq sənədlərinə baxış keçirib. Bələdiyyə orqanlarında qeydiyyat jurnallarının işlənilmə qaydaları izah edilmiş, lazimi sənəd nümunələri ilə təmin edilmişlər. Bələdiyyə üzvləri və sədrləri ilə keçirilən görüşlərdə qanunvericiliyin tələbləri izah edilmiş, yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılması yolları göstərilmiş, onların təkrar edilməməsi, xüsusən də onlara bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi tövsiyə edilmişdir. Bələdiyyə sədrlərinə “Metodik sənədlər toplusu” və “Dövlət büdcəsindən yerli büdcələrə maliyyə vəsaitinin (dotasiya və subvensiyanın) ayrılmasına və istifadəsinə dair” metodiki vəsaitlər təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlə haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində görülən tədbirlər davam etdirilir. Ötən iki gün ərzində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “İcra simulyasiyası” layihəsi həyata keçirilmişdir. Layihədə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşunaslıq ixtisası üzrə təhsil alan I kurs tələbələri iştirak etmişdir.
Ölkəmiz tərəfindən də qəbul edilən BMT-nin Uşaq Hüquqları Konvensiyasında göstərilir ki, 18 yaşınadək olan hər kəs uşaq sayılır. Uşaq əməyinin istismarı 18 yaşından az olan şəxslərin fiziki, mənəvi, əxlaqi baxımdan onlara zərər verən və onları təhsildən yayındıran, istismara məruz qoyan işlətmə formasıdır. Beynəlxalq konvensiyaya görə 15-yaşdan aşağı işləyənlər uşaq işçi, 15-18 yaşarası işləyənlər isə gənc işçi kimi qəbul edilir.
Uşaq əməyinin istismarı məsələsi ilk dəfə olaraq beynəlxalq səviyyədə 1989-cu ildə BMT-tərəfindən Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsiylə dünyanın gündəminə gəlib. Həmin dövrdən etibarən beynəlxalq səviyyədə uşaq əməyinin istismarıyla əlaqədar mübarizə tədbirləri həyata keçirilir. Görülən işlər nəticəsində problemin həlli istiqamətində xeyli irəliləyişlər müşahidə olunsa da bu neqativ halın tamamilə aradan qaldırlması mümkün olmamışdır.
Uşaq əməyinin istismarına dünyanın bütün regionlarında, xüsusilə də inkişaf etməmiş və az inkişaf etmiş ölkələrdə rast gəlinməkdədir. Araşdırmalara görə regional bölgü üzrə uşaq əməyindən Afrika, Cənub Şərqi Asiya, Kanar adaları, Latın Amerikasında daha çox istifadə olunur. Statistikaya görə, dünya üzrə 150 milyondan çox uşaq əməyə cəlb edilib ki, onların da təxminən 17%- ə qədəri təhlükəli işlərdə çalışırlar.