date saat
Next PauseResume Prev |
İyunun 24-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Babək rayonunda “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda növbəti maarifləndirici seminar təşkil edilib. Rayon üzrə fəaliyyət göstərən inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə keçirilən seminarı giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Müşfiq Məmmədsoy açaraq seminarın mövzusunu elan etmişdir.
İyunun 23-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında muxtar respublikanın birinci instansiya məhkəmələrinin aparatlarında çalışan və məhkəmə statistikasının aparılmasına məsul olan işçilər üçün seminar təşkil edilmişdir.