date saat
Next PauseResume Prev |
Muxtar respublikanın ədliyyə orqanlarında kadr hazırlığı işi diqqət mərkəzində saxlanılır. Cari ilin əvvəlində icra və probasiya qurumlarını yüksək hazırlıqlı və mənəvi keyfiyyətlərə malik işçilərlə möhkəmləndirmək məqsədilə vakant icra məmuru, eləcə də nazirliyin Məhkəmə Ekspertizası Mərkəzində vakant ekspert vəzifəsi üzrə vəzifələrin tutulması üçün müsahibə elan edilib. Sənəd qəbulu başa çatdıqdan sonra əvvəlcə müsabiqənin test mərhələsi, sonra isə müsabiqənin müsahibə mərhələsi keçirilib. Hər iki mərhələdə uğur qazanmış namizədlər Ədliyyə Akademiyasında təşkil olunan icbari təlimə cəlb ediliblər. Təlimi müvəffəqiyyətlə başa vuran namizədlər ədliyyə orqanlarına qulluğa qəbul ediliblər.