date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Taburunun şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsinə və praktiki vərdişlərə yiyələnməsinə xüsusi diqqət yetirilir. Bu gün Mühafizə Taburunda xidmət keçən əməkdaşlar arasındakı birlik, vətənpərvərlik və yüksək döyüş əhval-ruhiyyəsi cəzaçəkmə müəssisələrinin etibarlı müdafiəsinə və mühafizəsinə tam təminat verir. Burada şəxsi heyətin əsas vəzifəsi cəzaçəkmə müəssisələrinin mühafizəsi və müdafiəsi üçün xidməti tapışırqların yerinə yetirməkdir.
Mayın 24-dən başlayaraq 3 gün ərzində Mühafizə Taburunda xidmətkeçən Mühafizə bölüyünün şəxsi heyəti idmanın stend atıcılığı növü üzrə təlimə cəlb ediliblər. Təlimin təşkil edilməsində əsas məqsəd stend atıcılığı üzrə müəyyən edilən atıcı silahlar vasitəsilə gündüz və məhdudgörmə şəraitində peyda olan və hərəkət edən hədəflərə müxtəlif vəziyyətlərdən, yerindən atəş təcrübəsini artırmaqdır. Belə təlimlər əməkdaşlara dözümlülük, özünəinam kimi vərdişləri aşılayır ki, bu da gələcək xidməti fəaliyyət dövründə ona kömək edir. Eyni zamanda bu atışlar şəxsi heyətə təcrübə qazandırır, sərbəstlik və fəallıq kimi vərdişlərinin də artırılmasında yardımçı olur.
Mayın 23-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda tədbir keçirilib. “Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir” mövzusuna həsr olunan tədbirdə institutun pedaqoji heyəti və tələbələr iştirak edib.
Naxçıvan Müəllimlər İnstitutunun Tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlamış, mövzunun əhəmiyyətindən və aktuallığından bəhs etmişdir.