date saat
Next PauseResume Prev |
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi məhkəmə və digər orqanların qərarlarının düzgün və vaxtında icra olunmasına xüsusi diqqət yetirir, əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılması istiqamətində təsirli tədbirlər həyata keçirir. Bu istiqamətdə profilaktika və hüquqi maarifləndirmə işi də mütəmadi olaraq davam etdirilir. Bu sahədə növbəti profilaktiki tədbir iyunun 22-də Culfa rayonunun Əbrəqunus Kənd Mərkəzində keçirilib. Tədbirdə Culfa rayon İcra və Probasiya Bölməsinin icraatında olan icra işləri üzrə borclu şəxslər iştirak ediblər.
Müasir dövrdə əsas təsir obyekti olaraq resurslar arasında informasiya mübadiləsinin, milli resursların məxfiliyinin qorunub saxlanılması tələb olunur. Bu mənada ölkəmizdə, o cümlədən muxtar respublikada informasiya təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Artıq bu məqsədlə dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin olunması üçün hüquqi-normativ aktlar hazırlanıb və müəyyən addımlar atılıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 aprel tarixli, 93 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında informasiya təhlükəsizliyinin təminatı üzrə Nümunəvi Təlimat” təsdiq edilib. Təlimatda dövlət qurumlarında informasiya təhlükəsizliyinin təşkili və təmini qaydaları, habelə struktur bölmələr və əməkdaşlar üçün informasiya təhlükəsizliyi sahəsində məcburi tələblər müəyyənləşdirilib.