date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika ərazisində fəaliyyət göstərən bələdiyyə orqanlarına metodiki köməkliyin göstərilməsi davam etdirilib.

Cari ilin əvvəlindən başlayaraq ötən 5 ay ərzində nazirliyin əməkdaşları  Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Kəngərli və Sədərək rayonlarında fəaliyyət göstərən bələdiyyələrin kargüzarlıq sənədlərinə baxış keçirib. Bələdiyyə orqanlarında qeydiyyat jurnallarının işlənilmə qaydaları izah edilmiş, lazimi sənəd nümunələri ilə təmin edilmişlər. Bələdiyyə üzvləri və sədrləri ilə keçirilən görüşlərdə qanunvericiliyin tələbləri izah edilmiş, yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılması yolları göstərilmiş, onların təkrar edilməməsi, xüsusən də onlara bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi tövsiyə edilmişdir. Bələdiyyə sədrlərinə “Metodik sənədlər toplusu” və “Dövlət büdcəsindən yerli büdcələrə maliyyə vəsaitinin (dotasiya və subvensiyanın) ayrılmasına və istifadəsinə dair” metodiki vəsaitlər təqdim edilmişdir.

Görüşlərdə bildirilib ki, muxtar respublikada bütün bələdiyyələr üçün yaxşı iş şəraiti yaradılıb, yeni inzibati mərkəzlərdə bələdiyyə orqanları üçün xidməti otaqlar ayrılıb, lazımi təhcizatla təmin ediliblər. Eyni zamanda bələdiyyə qurumlarına kommunal təyinatlı nəqliyyat vasitələri və xidməti minik avtomobilləri, təmizlik qutuları təqdim edilmişdir. Bunun müqabilində də bələdiyyələr işlərinə məsuliyyətlə yanaşmalı, vaxtında kargüzarlıq sənədlərini işləməli, qəbul edilən bələdiyyə qərarlarında qanunvericiliyin tələbləri gözlənilməlidir. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi zamanı nöqsanlara yol verilməməlidir.  Bələdiyyə sədri və qulluqçusu üçün  nəzərdə tutulan vəzifələrin icrası vaxtında təmin edilməlidir.

Hazırda Şərur rayonu üzrə  fəaliyyət göstərən bələdiyyə orqanlarına metodiki köməkliyin göstərilməsinə başlanılıb.

 

             Naxçıvan Muxtar Respublikası

        Ədliyyə Nazirliyinin mətbuat xidməti