date saat
Next PauseResume Prev |
Ədliyyə Nazirliyi tərəfindən hüquqi maarifləndirmə tədbirləri çərçivəsində “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda keçirilən növbəti tədbir Culfa rayonunda baş tutmuşdur.
Tədbiri Culfa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Elmar Həsənov açaraq qeyd edib ki, qanunvericiliyə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qeydiyyat şöbələri ilə yanaşı inzibati ərazi dairələri üzrə nümayəndəliklərin də səlahiyyətlərinə daxildir. Məsul şəxslər onlara həvalə edilən vəzifələri həyata keçirərkən qanunvericiliyin tələblərinə düzgün şəkildə əməl etməli, vətəndaş məmnunluğuna şərait yaratmalıdırlar.
2022-ci ilin birinci yarısında icra və probasiya şöbə və bölmələrində görülmüş işlər və qarşıda duran vəzifələrə dair xidməti müşavirə keçirilmişdir. Müşavirədə hesabat dövrü ərzində görülən işlərin geniş təhlili aparılmış, mövcud sahədə olan icra işlərinin ümumi sayı, kateqoriyalar üzrə statistikası, icra işlərinin həyata keçirilməsi zamanı yaranan çətinliklər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.