date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Hərbi Prokurorluğun birgə təşkilatçılığı ilə Culfa rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə sürücü olaraq xidmət edən hərbi qulluqçuların maarifləndirilməsi məqsədilə profilaktiki tədbir təşkil edilmişdir.
Əvvəlcə tədbirdə Hərbi Prokurorluğun Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi təchizatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Məmməd Məmmədov çıxış edərək keçirilən profilaktiki tədbirin əhəmiyyətindən bəhs etmiş, yol hərəkəti qaydalarının tələblərinin pozulması nəticəsində qanunvericiliklə yarana biləcək məsuliyyətlərdən danışmışdır.
İyulun 30-da Ədliyyə Nazirliyinin kollektivi orta əsrlər Azərbaycan memarlıq abidəsi olan Gülüstan türbəsini ziyarət edib. Bələdçi tərəfindən abidənin tarixi haqqında məlumat verilərək bildirilib ki, türbə 12 üzlü gövdəsi qırmızı qumdaşıdan, orijinal quruluşlu kürsülüyü (küncləri kəsilmiş kub formasındadır) isə yonulmuş daşdan tikilmişdir.
İnsanların rifah halının yaxşılaşması üçün şərait yaradan əsas amillərdən biri də əmək hüququnun mühafizəsi, onların layiqli işlə təmin olunmalarıdır. Müasir dövrdə əməyin mühafizəsinin şərtləndirilməsi sahəsində əmək müqavilələri mühüm rol oynayır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı sənəddir. Əmək müqaviləsi həm işçi, həm də işəgötürən üçün vacib əhəmiyyət daşıyır. Belə ki, əmək müqaviləsinin bağlanması işçinin əməyinin və gələcək təminatının qorunma altına alınmasına zəmanət verir və hər iki tərəfi öz vəzifə və öhdəliklərini yerinə yetirməyə məcbur edir. Əmək müqaviləsində işçinin əməkhaqqı, iş, istirahət və məzuniyyət vaxtı müəyyən edilir və işçinın gələcəkdə əmək qanunvericiliyində olan güzəşt və təminatlardan istifadə etməsinə imkan yaradır.
Məlum olduğu kimi, torpaq ehtiyatları hər bir ölkənin davamlı inkişafının əsas şərtlərindən biridir. Muxtar respublikamızın sosial-iqtisadi inkişaf strategiyasında aqrar sahə həmişə önəmli yer tutmuşdur. Torpaq münasibətlərinin tənzimlənməsi, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılması, torpağın münbitliyinin bərpası və artırılması istiqamətində, bütövlükdə, ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da bir sıra tədbirlər həyata keçirilmiş və belə tədbirlər bu gün də davam etdirilməkdədir.