date saat
Avqustun 12-də Ədliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Şahbuz rayonunda “Bələdiyyə mülkiyyətində olan əkinə yararlı torpaqlardan səmərəli istifadə olunması” mövzusunda maarifləndirici tədbir təşkil edilib. Tədbirdə qeyd edilən orqanların və rayon icra hakimiyyətinin nümayəndələri ilə yanaşı rayon üzrə bələdiyyələrin sədrləri və qulluqçuları iştirak edib.
Şahbuz Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Söhrab Kərimov tədbiri giriş sözü ilə açaraq muxtar respublikamızda torpaqlardan, o cümlədən bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə edilməsi üçün görülən işlərdən və onların əhəmiyyətindən bəhs etmiş, bu sahədə aparılan maarifləndirici tədbirlərin torpaq istifadəçilərinin fəaliyyətinə müsbət təsir etdiyini diqqətə çatdırmışdır.
Avqustun 11-də Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən Kəngərli rayonunun Qabıllı Kənd Mərkəzində həmin rayon üzrə icra və probasiya bölməsinin icraatında olan aliment və pul tələbi ilə bağlı icra işləri üzrə borclu şəxslərlə profilaktik söhbətlər aparılmışdır.