date saat

  • vtem slides

    Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı olub 

    Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak ediblər.  Öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstəsi qoyulub. Tədbirdə məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə yaradılıb. Naxçıvan “ASAN xidmət” mərkəzi isə ümumilikdə, respublika üzrə 26-cı mərkəzdir.…
  • vtem slides

    XİN əməkdaşları və gənc diplomatlar Naxçıvanda səfərdədir 

    Bu gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən gənc diplomatlar üçün "Xarici Siyasət Proqramı" çərçivəsində ötən il diplomatik xidmətə qəbul edilmiş əməkdaşlar, Xarici İşlər Nazirliyinin Kadrlar və Təşkilat-nəzarət idarələrinin rəisləri və ADA Universitetinin məsul əməkdaşlarından ibarət heyət Naxçıvan Muxtar Respublikasında səfərdədir. Səfər proqramı ulu öndərin Naxçıvan şəhərindəki abidəsini ziyarətlə başlayıb. Qonaqlar dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub. Səfər çərçivəsində qonaqlar Naxçıvan muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli Nümayəndəsi Fuad Nəcəfli ilə görüşüblər.…
  • vtem slides

    Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin ilk 4 ayının yekunları müzakirə edilib 

      Mayın 15-də Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin ilk 4 ayının yekunları ilə bağlı müşavirə keçirilib. Müşavirədə aid mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri iştirak ediblər.Müşavirədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin gördüyü işlər və sosial-iqtisadi göstəricilərə dair hesabat verib. Hesabat məruzəsində büdcə proqnozlaşdırılması, büdcəyə vergi daxilolmaları, sahibkarlara verilən güzəştli kreditlər, “yaşıl enerji” layihələri çərçivəsində görülən işlər, dövlət orqanlarında innovativ texnologiyaların tətbiqinə diqqət yetirilib.…
  • vtem slides

    Naxçıvan Dövlət Milli Dram Teatrında “Cibimizdəki dəlilik” tamaşası təqdim olunub 

    Mayın 13-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində türkiyəli yazıçı Mehmet Ümit Görgülünün psixoloji dram janrında olan “Cibimizdəki dəlilik” əsəri əsasında səhnələşdirilən tamaşa təqdim edilib. Tamaşanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Birinci Naxçıvan Kitab Sərgisində iştirak edən ziyalılar, Qazaxıstan Respublikasının incəsənət ustaları və ictimaiyyət nümayəndələri izləyiblər. Azərbaycan teatr səhnəsində ilk dəfə səhnələşdirilən “Cibimizdəki dəlilik” tamaşasında insanın insana yadlaşması, özündən, öz dəyərlərindən uzaqlaşması acı bir həqiqət kimi öz səhnə həllini tapır. İnsanlığın sevgidən, sədaqətdən, bütün müsbət insani keyfiyyətlərdən yoxsullaşdığının fərqində olan insanlar ya dəli olur, ya da zamanın axarına uyub yaşayı…
  • vtem slides

    “Çınqıllı” suyunun istehsalı bərpa olunub 

    Muxtar respublikaya yerli və xarici investorların marağı günbəgün artır. Yeni cəlb edilən investisiyalar hesabına fəaliyyəti dayanan müəssisələr bərpa edilir, yeni istehsal sahələri fəaliyyətə başlayır. Şahbuz rayonunun Keçili kəndindəki “Çınqıllı” su istehsalı müəssisəsi də bu tədbirlər çərçivəsində fəaliyyətini daha müasir formada davam etdirəcək. Açılış tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə məlumat verilib ki, mənbəyini kəndin səfalı dağlarından götürən saf bulaq suyu müəssisədə qatqısız və heç bir filtrizasiya prosesindən keçmədən təbii şəkildə qablaşdırılır.…
  • vtem slides

    Naxçıvanda Ümummilli Liderin 100 illiyi münasibətilə möhtəşəm konsert təşkil olunub 

    Mayın 10-da Naxçıvan Muxtar Respublika stadionunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunan konsertdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, on minlərlə muxtar respublika sakini iştirak edib.Konsertdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan xalqa müraciətində Naxçıvanla bağlı fikirləri geniş ekranda videoyazı vasitəsilə tamaşaçıların diqqətinə çatdırılıb. Stadionda quraşdırılan böyük ekranlarda Ümummilli Lider Heydər Əliyev haqqında “əsrin xəyalı” adlı kompozisiyalar, dahi şəxsiyyətin videoyazıları, Azərbaycanın elm, sənət, idman və mədəni zənginliklərin…
  • vtem slides

    Naxçıvanda Ümummilli Liderin 100 illiyinə həsr olunmuş tədbir keçirilib 

    Mayın 10-da Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, dünyaşöhrətli siyasətçi, müdrik dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Heydər Əliyev Muzeyinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıdığını, Ulu Öndərin zəngin və çoxşaxəli irsinin öyrənilib təbliğ edilməsindəki aktiv rolunu, zəngin fond ekspon…
  • vtem slides

    Naxçıvanda “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib 

    Müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ölkəmizdə akkreditə olunmuş, iqamətgahı Bakıda və Ankarada yerləşən diplomatik korpusun nümayəndələri, eləcə də hərbi attaşelər Naxçıvan şəhərində səfərdə olublar. Ümumilikdə 80-ə yaxın ölkədən və 23 təşkilatdan 140-a yaxın diplomatın və hərbi attaşenin iştirak etdiyi səfər Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsinin ziyarət olunması ilə başlayıb. Sonra Heydər Əliyev Muzeyinə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında xarici qonaqlara ətraflı məlumat verilib.…
  • vtem slides

    Fuad Nəcəfli Naxçıvan televiziyasına müsahibə verib 

    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirliyə müsahibə verib. - Salam, Fuad müəllim, xoş gördük! Gərgin iş qrafikinizə baxmayaraq, xahişimizi diqqətə alıb bizə zaman ayırdığınıza görə sizə minnətdarlığımızı bildiririk... -Təşəkkür edirəm, mən də sizə və kollektivinizə uğurlar arzulayıram...…
  • vtem slides

    Naxçıvanda akademik Zərifə xanım Əliyevanın 100 illiyi ilə əlaqədar “Elmdə qadınlar” adlı konfrans keçirilib 

    Aprelin 18-də Naxçıvan Dövlət Milli Dram Teatrında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar “Elmdə qadınlar” adlı konfrans keçirilib. Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.…
Pause

  • 01.jpg
  • 02.jpg
  • 03.jpg
  • 04.jpg
  • 05.jpg
  • 06.jpg
  • 07.jpg
  • 08.jpg
  • 09.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg
  • 23.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 29.jpg
  • 30.jpg
  • 32.jpg
  • 33.jpg
  • b1.jpg
  • n6.jpg
  • n8.jpg
  • n13.jpg
  • n15.jpg
  • n16.jpg
  • n17.jpg
  • n36.jpg
  • n44.jpg
  • n45.jpg

Şəxslər dedikdə fiziki və hüquqi şəxslər nəzərdə tutulur. Ötən yazılarımızda fiziki şəxslərlə bağlı mövzuya toxunmuşduq. Ancaq bəzən vətəndaşlar “fiziki şəxs” və “hüquqi şəxs” anlayışlarını bir-birindən fərqləndirməkdə çətinlik çəkirlər. Buna görə də hüquqi şəxslərlə bağlı mövzuya da toxunmaq faydalı olar. Ümumiyyətlə, fiziki və hüquqi  şəxslər anlayışına qanunvericlikdə geniş yer verilib. Çünki insanlar bütün həyatı boyu müxtəlif ictimai əlaqələrə daxil olurlar ki, bunların da əksər hissəsini hüquq normaları ilə tənzim edilən hüquq münasibətləri təşkil edir.  

Qeyd edək ki, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.  Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.

Ardını oxu...

Miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və sosial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində qeyd olunur ki, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmək hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Qeyd edək ki, vərəsəlik hüququnu tənzimləyən qanunvericlik vərəsələrin dairəsini, mirasın qəbul və ondan imtina, vərəsəlik şəhadətnamələrinin verilməsi qaydaları, müddətlərini və digər məsələləri əhatəli nizamlayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin bir çox maddələri vərəsəlik məsələlərinə həsr edilmişdir. Belə ki, Mülki Məcəllənin 1133-cü maddəsində göstərilir ki, “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”.

Ardını oxu...

Noyabr ayının 4-dən başlayaraq “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfatı məhsulları” festivalının  keçirilməsinə başlanılıb.

Festivalda Naxçıvan Muxtar  Respublikasında fəaliyyət göstərən  ailə təsərrüfatçıları tərəfindən istehsal olunan və qablaşdırılan məhsullar təqdim olunur.

Məlumat üçün bildirək ki, festivalda həmçinin ailə təsərrüfatlarının istehsalı olan müxtəlif əl işləri, eləcə də nazirliyin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar tərəfindən hazırlanan əl işləri də nümayiş olunur. 

Ağacişləmə və toxuculuq nümunələri, duzdan hazırlanmış müxtəlif fiqurlar, stol və stullar, ümumilkdə 200 adda digər əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanır.

Qeyd edək ki, festival noyabrın 7-dək davam edəcəkdir.

Ardını oxu...

Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin həyata keçirilməsində və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynayan ekspertiza fəaliyyətinin müasirləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, alternativ mexanizmlərin tətbiqi üzrə ardıcıl tədbirlər həyata keçirilir. Ölkədə aparılan islahatların davamı olaraq Naxçıvan Muxtar Respublikasında da Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin yüksək səviyyədə qurulması məqsədilə işlər davam etdirilir.

Ədliyyə Nazirliyi tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin kadr korpusunun yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik mütəxəssislərlə komplektləşdirilməsi diqqətdə saxlanılır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 2022-ci il iş planın icrası  istiqamətində məhkəmə ekspertizası sahəsində yeniliklərin öyrənilməsi, ekspertlərin təcrübi və nəzəri biliklərinin təkmilləşdirilməsi, eyni zamanda yeni ekspert ixtisasları alınması ilə bağlı nazirliyin Məhkəmə Eskpertizası Mərkəzinin Ballistik və trasoloji ekspertizalar şöbəsinin eksperti “Odlu silah və döyüş sursatlarının, qaz, pnevmatik və soyuq silahların tədqiqi” ekspert ixtisası alması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eskpertizası Mərkəzinə ezam edilmişdir. Təşkli edilən 5 aylıq kurs müddəti ərzində ekspert kriminalistikanın nəzəri və metodoloji əsasları, məhkəmə ekspertizası fəaliyyətinin nəzəri və təcrübi əsasları, atəşli (odlu) silah və döyüş sursatlarının, qaz, pnevmatik və soyuq silahların ekspertizası üzrə təcrübi və nəzəri bilikləri mənimsəmişdir.

Ardını oxu...