date saat
Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri dövlət bayrağıdır. Ona görə də bayrağa münasibət Azərbaycanda tarix boyu özünü qabarıq şəkildə göstərmiş, xalqın milli mövcudluq simvolu hesab olunmuşdur. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də isə üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyun 2021-ci il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamında nəzərdə tutulan vəzifələrin icrası diqqətdə saxlanılır. Bu məqsədilə Ədliyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin görüləcək işlərə dair birgə təsdiq etdikləri tədbirlər planına əsasən tələbələrin nazirlikdə və onun yerli qurumlarında iş prosesi ilə tanışlıqları təmin edilir. Oktyabrın 27-də universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə əyani təhsil alan I kurs tələbələri Naxçıvan Şəhər üzrə 2 saylı Nikah Evində, Naxçıvan Şəhər 1 saylı Notariat Ofisində və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində olaraq görülən işlərlə tanış olub, qurumların fəaliyyəti və iş prinsipi barədə məlumat əldə ediblər.
Əvvəlcə onlar İcra və Probasiya Şöbəsində olaraq icra məmurları tərəfindən həyata keçirilən icra prosesində iştirak etmiş, icra işlərinin qeydiyyatının aparılması, həyata keçirilən məcburi icra tədbirləri və elektron-icra sisteminin xüsusiyyətləri, məhkəmə qərarlarının həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi barədə geniş məlumat əldə ediblər.