date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən nazirliyin 2022-ci ilə dair iş planının icrası ilə əlaqədar aidiyyəti orqanlarla qarşılıqlı əməkdaşlıq fəaliyyəti davam etdirilir. Bu məqsədlə mərkəzin ekspertləri tərəfindən Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində peşə hazırlığının artırılması kursuna cəlb olunmuş yol-patrul xidmətinin əməkdaşları üçün “Nəqliyyat vasitələrinin idarə edilməsində təhlükəsizlik tədbirlərinin praktikası” mövzusunda seminar-məşğələ keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmalar, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin rəisi, kiçik ədliyyə müşaviri Emin Əliyevin “ALYANS” Azərbaycan xüsusi xidmət orqanları veteranları ictimai birliyinin “Antiterror və Təhlükəsizlik Problemləri” adlı elmi-praktik jurnalında “Qrafologiya – onun inkişaf tarixi və müasir dövrümüzdə aktuallığı” adlı elmi məqaləsi dərc olunub.
Məqalədə kriminalistika elminin maraqlı və eyni zamanda kifayət qədər tədqiq edilməmiş, həmçinin araşdırmağa ehtiyacı olan və vaxtı ilə məhkəmə-xətşünaslığı fəaliyyətini həyata keçirən qrafologiya elmindən bəhs edilmişdir. Qeyd olunub ki, respublikamızda bu elm sahəsi 1938-ci ildən öyrənilməyə başlanılıb. Eləcə də son illər qəbul edilmiş normativ hüquqi sənədlərin qəbulundan sonra qrafalogiya xüsusilə inkişaf mərhələsinə qədəm qoymuş, bu sahədə elmi əsərlər, monoqrafiyalar və dissertasiya işləri yerinə yetirilməyə başlanmışdır. Həmçinin elmi-tədqiqat işində hər bir şəxsin əlyazma xəttinin özünəməxsus fərdi şəkildə icraçının fiziologiyasına, psixologiyasına və digər xarakter, xüsusiyyətlərininə təsiri barədə maraqlı məqamlara toxunulmuşdur.