date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Tibb Kollecinin təşkilatçılığıyla “Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir” mövzusunda kollec tələbələrinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Tibb Kollecinin Müalicə- mamalıq laborator diaqnostika,ortopedik stomatologiya işi şöbəsinin tyütoru Pakizə Babayeva qonaqları salamlamış, tədbirin mövzusu və mahiyyəti haqqında məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı təhsil müəssisələri ilə dövlət orqanları arasında əməkdaşlığın yaradılması, bilikli və dünyagörüşlü kadrların hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Sərəncama uyğun olaraq qarşıya qoyulan vəzifələrin birgə həyata keçirilməsi məqsədilə Ədliyyə Nazirliyi ilə Naxçıvan Dövlət Texniki Kolleci arasında 2022-2023-ci tədris ili üçün birgə tədbirlər planı imzalanıb. Tədbirlər planında nəzərdə tutulan işlərin icrası yerinə yetirilir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə gələcəyin hüquqşünaslarının hüquqi biliklərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq növbəti “Məhkəmə simulyasiyası” layihəsinə start verilmişdir.
Əvvəlcə adıçəkilən orqanların əməkdaşları birinci instansiya məhkəməsi icraatı üzrə simulyasiya prosesinin təşkil edilməsinin əhəmiyyətindən danışmış, keçirilən bu cür simulyasiyaların tələbələrin bilik və bacarıqlarının artırılmasında böyük rol oynayacağını qeyd etmişlər. Məlumat verilmişdir ki, məhkəmə simulyasiyasının təşkili Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində həyata keçirilir. Belə ki, keçirilən belə layihələr Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşunaslıq ixtisası üzrə təhsil alan tələbələrinin məhkəmə sahəsində bilik və bacarıqlara yiyələnmələrinə, gələcəkdə günün tələbinə cavab verən, peşəkar mütəxəssislərin hazırlanması və dövlətçilik prosesinə öz töhfələrinə verən kadrların yetişdirilməsi məqsədinə xidmət edir.