date saat
Mülki hüquq münasibətlərində vətəndaşların ən çox müraciət etdiyi müqavilə növlərindən biri də əmlak kirayəsi müqaviləsidir. Qeyd edək ki, müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır.
Ümumiyyətlə, hər bir şəxsin haqq ödəmək müqabilində özgəsinin əmlakından istifadə etmək hüququ var. Əmlakın mülkiyyətçisi isə onu başqasının istifadəsinə verməklə müəyyən gəlir əldə edə bilər.Göründüyü kimi müqavilədə iki tərəf, yəni öz əmlakını kirayəçinin istifadəsinə verən şəxs və həmin əmlakdan müəyyən haqq ödəməklə istifadə hüquq əldə edən kirayəçi iştirak edir. Beləliklə əmlak kirayəsi müqaviləsi ikitərəfli və əvəzli müqavilədir.
Vurğulayaq ki, əmlak kirayəsi müqaviləsində həm kirayəyə verən, həm də kirayəçi kimi fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Hər şeydən əvvəl müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunda birbaşa nəzərdə tutulmuş hüququdur.
Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin və Naxçıvan Muxtar Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin birgə təşkilatçılığı ilə oktyabr ayının 8-də məhkəmə ekspertizası fəaliyyətinə dair tədbir təşkil olunub. “Naxçıvan Muxtar Respublikasında məhkəmə ekspertizasinin səmərəli aparılmasının təmin edilməsi” mövzusunda keçirilən tədbirdə muxtar respublikada ekspertiza təyinetmə səlahiyyətlərinə malik olan bütün orqanların əməkdaşları və Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə tələbələri iştirak edib.
Naxçıvan şəhərində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov əvvəlcə qonaqları və iştirakçıları salamlamış, təşkil edilən tədbirin mahiyyətini və əhəmiyyətini qeyd etmiş, muxtar respublikada məhkəmə ekspertizasının yaranması və inkişaf perspektivləri barədə məlumat vermişdir. Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ədliyyə sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində ədliyyə orqanlarının müasirləşdirilməsi və inkişafı ilə bağlı son illərdə müvafiq qərarlar qəbul olunmuş, nazirliyin fəaliyyət istiqamətləri üzrə xidməti sahələrinin inkişafına diqqət yetirilmişdir. Ədliyyə orqanlarının fəaliyyət istiqamətlərindən biri də ekspertiza işinin təşkil edilməsidir. Muxtar respublikanın mövcud coğrafi şəraiti nəzərə alınaraq ekspertizaların dəqiq keçirilməsi, maddi sübutların Bakı şəhərinə göndərilmə çətinliyinin aradan qaldırılması, araşdırma operativliyinin təmin edilməsi məqsədilə Ali Məclis Sədrinin tapşırığı və qəbul etdiyi qərarlar əsasında Məhkəmə Ekspertiza Mərkəzi fəaliyyətə başlamışdır. Mərkəzin maddi-texniki təminatı yaradılmış, ekspertizaların keçirilməsi üçün Avropa Məhkəmə Ekspertizaları Birliyinin yüksək standartlarına cavab verən müasir kriminalistik-texniki avadanlıqlar alınmışdır. Mərkəzin müasir avadanlıqlarla təmin edilməsi və xüsusi biliyə malik ekspertlərlə komplektləşdirilməsi ekspertiza işlərinin yüksək səviyyədə aparılmasına, məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən təyin edilmiş ekspertiza işlərinin vaxtında və hərtərəfli araşdırılmasına mühüm köməklik göstərmişdir. Bu gün mərkəzdə ekspertizaların bir çoxunun icrası qanunvericiliklə müəyyən olunmuş müddətdən daha tez başa çatdırılır. Çünki istintaq və məhkəmə araşdırmasında xüsusi bilik tələb edən sahələrin araşdırılması ədalət mühakiməsinin səmərəliliyinə mühüm təsir göstərir. Məhz bu günkü tədbirin də təşkil edilməsinin əsas məqsədi muxtar respublikada bütün digər sahələrdə olduğu kimi ekspertiza fəaliyyətinin də daha səmərəli həyata keçirilməsindən ibarətdir.
Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə Culfa rayonunda yerləşən “N” saylı hərbi hissədə sürücü kimi xidmət edən hərbi qulluqçuların maarifləndirilməsi məqsədilə “Nəqliyyat vasitələrinin idarə edilməsində təhlükəsizlik tədbirlərinin praktikası” mövzusunda profilaktik tədbir keçirilib.
“N” saylı hərbi hissə komandirinin müavini polkovnik-leytenant Anar Nəbiyev çıxış edərək maarifləndirici tədbirin əhəmiyyətindən bəhs edib, yol hərəkəti qaydalarına əməl edilməsinin sürücülərin və piyadaların həyat və sağlamlıqlarına olan təsirindən danışıb.
Sonra Culfa Hərbi Polis Bölməsinin rəisi mayor Cavid Ağayevin, Mərkəzinin Psixoloji ekspertizası bölməsinin rəisi III dərəcəli ədliyyə qulluqçusu Valeh Fərəcovun, Mühəndis texniki ekspertizası bölməsinin böyük eksperti I dərəcəli ədliyyə qulluqçusu Asif Mahmudovun və Yol nəqliyyat hadisələri ekspertizası bölməsinin böyük eksperti I dərəcəli ədliyyə qulluqçusu Məhəmməd Həşimovun çıxışları dinlənilib.