date saat
Next PauseResume Prev |
Dekabrın 21-də Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən Sədərək rayonunda həmin rayon üzrə icra və probasiya bölməsinin icraatında olan aliment və pul tələbi ilə bağlı icra işləri üzrə borclu şəxslərlə profilaktik söhbət aparılıb.
Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinin rəisi baş ədliyyə müşaviri Emin Kazımov bildirib ki, məhkəmə qərarlarının təmin olunması, icradan qərəzli olaraq boyun qaçıran, ödəmələrin aparılmasından yayınan və qərarların icrasına laqeyd yanaşan borcluların icraya cəlb edilməsi, bu sahədə yaranan manelərin aradan qaldırılması, həmçinin vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması nazirlik tərəfindən diqqətdə saxlanılır. Nazirlik olaraq icraatda olan bütün icra işlərinin vaxtında icra olunması üçün bütün imkanlardan istifadə olunur.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika ərazisində fəaliyyət göstərən bələdiyyə orqanlarına metodiki köməkliyin göstərilməsi sahəsində işlər davam etdirilir. Bu məqsədlə bələdiyyə sədrlərinin və üzvlərinin iştirakı ilə maarifləndirmə tədbirləri təşkil edilir, onlara metodiki köməkliklər göstərilir və zəruri metodiki vəsaitlərlə təmin edilirlər.