date saat
Noyabrın 23-də Ədliyyə Nazirliyinin 2022-ci ilə dair iş planının icrası ilə əlaqədar nazirliyin aparatının və Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşlarının iştirakı ilə növbəti tədris saatı keçirilmişdir. Tədris saatında nazirlik üzrə xidməti sənədlər və məlumatlarla davranış qaydası, etik davranış qaydalarının möhkəmləndirilməsi və əməl edilməsi barədə məsələlər ətraflı müzakirə edilmişdir.
Qeyd olunub ki, nazirliyin aidiyyəti qurumları tərəfindən mütəmadi olaraq işçilərin nəzəri biliklərinin və peşə hazırlığının artırılması istiqamətində işlər görülür, tədris saatları və seminarlar təşkil edilir. Bu gün hər bir ədliyyə işçisinin etik davranış qaydalarına, nizam-intizama əməl etməsinə nəzarət edilir və bu istiqamətdə tədbirlər görülür. Əməkdaşların istər xidməti, istərsə də xidmətdən kənar fəaliyyəti və davranış qaydalarına riayət etmələri ilə bağlı müntəzəm olaraq yoxlamalar aparılır.
Noyabrın 23-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Şərur rayonunda “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda maarifləndirici seminar təşkil edilib. Rayon üzrə fəaliyyət göstərən inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə keçirilən seminarı giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Sahib Qurbanov açaraq tədbirin mövzusu barədə məlumat verib.
Noyabrın 16-da Ədliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə “Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə olunmasının xüsusiyyətləri” mövzusunda Şərur rayonunda bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə maarifləndirici seminar keçirilib.
Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Akşin Salmanlı rayonda bu istiqamətdə həyata keçirilən işlərdən ətraflı bəhs etmiş, keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, bu gün muxtar respublikamızda həyata keçirilən tədbirlər torpaqlardan, o cümlədən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə edilməsinə imkan yaradır, bu isə öz növbəsində ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.