date saat
“Vətəndaşlıq vəziyyəti aktlarının izahı, məsuliyyət və vəzifələr” mövzusunda təşkil edilən maarifləndirmə tədbirlərinin davamı olaraq növbəti tədbir Şərur rayonunda təşkil edilmişdir. Ədliyyə Nazirliyinin Şərur Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi seminar Şərur rayonunda inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə keçirilmişdir.
Seminarı giriş sözü ilə nazirliyin Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimov açaraq vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi prosesi barədə məlumat verdi. Bildirdi ki, vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi qeydiyyat şöbələri ilə yanaşı inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən də həyata keçirilir.
Ədliyyə Nazirliyinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yerli özünüidarə orqanlarının fəaliyyətində qanunçuluğun təmin edilməsi və ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin rolu” mövzusunda seminar keçirilmişdir. Naxçıvan şəhər bələdiyyələri üçün təşkil edilmiş seminarda yerli özünüidarə sahəsində qanunvericiliyin təmin edilməsi və ailə təsərrüfatları ilə bələdiyyələrin qarşılıqlı münasibətləri, bələdiyyələrin statusu, bələdiyyə torpaqlarının icarəyə verilməsi məsələləri ilə bağlı qanunverciliyin tələbləri mövzusunda çıxışlar olmuşdur.
İyunun 25-də Ədliyyə Nazirliyi ilə Babək Rayon İcra Hakimiyyəti tərəfindən maarifləndirici seminar keçirilmişdir. “Vətəndaşlıq vəziyyəti aktlarının izahı, məsuliyyət və vəzifələr” mövzusunda Babək rayonunda keçirilən seminarda nazirliyin Qeydiyyat və notariat şöbəsinin əməkdaşları və inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etmişlər.
Seminarda Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimov çıxış edərək bildirdi ki, vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməsi, əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi, aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsinin təmini əsas vəzifələrimizdəndir.
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada hər yarımildə bir dəfədən az olmayaraq məhkəmələr tərəfindən statistika hesabatı tərtib edilir. Mövcud sahədə olan yenilikləri və bilikləri təkmilləşdirmək məqsədilə hər hesabat dövrünün sonunda Ədliyyə Nazirliyi tərəfindən seminarlar təşkil olunur. Məhkəmə statistikası hesabat dövrü ərzində məhkəmələrin icraatında olan işlərin ümumiləşdirilməsinin aparılması, təhlil edilməsi və onların təsnifatının müəyyənləşdirilməsi nəzərdə tutulur. Məhkəmə sədrləri statistika hesabatlarında göstərilən məlumatların düzgünlüyünə cavabdehdir.