date saat
Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Elmi-texniki, kriminalistik üsul və vasitələrdən istifadə etməklə keçirilən ekspertizalar” mövzusunda Məhkəmə Ekspertizası Mərkəzində Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin əməkdaşlarının iştirakı ilə praktiki seminar keçirilmişdir.
Seminarda Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, ədliyyə müşaviri Rafiq Cəfərov iştirakçılara Məhkəmə Ekspertizası Mərkəzində həyata keçirilən ekspertizalar haqqında məlumat verərək bildirmişdir ki, cəmiyyətin hazırkı inkişaf mərhələsində məhkəmə ekspertizası işinin yaxşılaşdırılması, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, hər bir cinayətə görə məsuliyyətin və cəzanın labüdlüyünün təmin edilməsinin əsas şərtlərindən biri də ekspertiza fəaliyyətidir. Məhkəmə-ekspert fəaliyyəti ilə məhkəmə istintaq orqanlarının fəaliyyəti arasında mövcud hüquqi münasibətlərin əsasını ədalət mühakimə icraatının prinsipləri təşkil edir. Bu da hüquq mühafizə orqanları və ekpertlər tərəfindən qanunun tələblərinə dürüst riayət olunmasına xidmət edir.
Ədliyyə Nazirliyi ilə Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən “Vətəndaşlıq vəziyyəti aktlarının izahı, məsuliyyət və vəzifələr” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər.
Seminarda Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimov “Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı ilə bağlı vəzifələr və məsuliyyət” mövzusunda çıxış etmişdir. Qeyd etmişdir ki, vətəndaşlıq vəziyyəti aktları rəsmiləşdirilərkən qanunvericiliyin tələbləri gözlənilməli, kargüzarlıq işləri aparılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilən təlimatın tələblərinə əməl edilməlidir.
Birinci yarımilin yekunları və qarşıda duran vəzifələrlə bağlı Ədliyyə ..Nazirliyində kollegiya iclası keçirilmişdir. Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq bildirib ki, 2019-cu ilin iyun ayının 28-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov sessiyadakı çıxışında hüquq mühafizə orqanlarına, eləcə də Ədliyyə Nazirliyinə mühüm tapşırıqlar vermişdir. Qeyd edilmişdir ki, “Hüquq mühafizə orqanları bundan sonra da ictimai asayişin və sabitliyin qorunmasına diqqəti artırmalı, maarifləndirmə-profilaktika tədbirləri görülməlidir. Ədliyyə Nazirliyi məhkəmə qərarlarının vaxtında icra olunmasını diqqətdə saxlamalı, Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətini gücləndirməli, xüsusi qaydada fəaliyyət göstərən notariusların qanunvericiliyə əməl etməsinə nəzarət edilməlidir”. Sessiyada qarşıya qoyulan vəzifələr ikinci yarımil ərzində əsas vəzifələrimizdən olmaqla icrası təmin olunmalıdır.
Ədliyyə fəaliyyətinin əsas istiqamətlərindən biri olan ekspertiza işinin təşkili daim diqqət mərkəzində saxlanılır. Ekspertiza işinin keyfiyyətinin yüksəldilməsi, ekspert rəylərinin tam, dolğun tərtib edilməsi, ekpertlərin peşəkarlıq səviyyələrinin artırılması, zəruri sahələr üzrə mütəxəssis hazırlamaq üçün Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri mütəmadi olaraq təcrübə kurslarına cəlb edilirlər. Hər il ekspertlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə onların elmi konfranslara, təcrübə kurslarına cəlb edilməsi diqqətdə saxlanılır. Müasir texnologiyaların tətbiqi ekspertiza tədqiqatlarının dairəsini genişləndirərək, onların operativ, dolğun və dəqiq aparılmasını və rəylərin tamlığını təmin edir, bununla da cinayətkarlıqla mübarizə işinə dəyərli töhfə verilir, onların isti izlərlə açılmasına mühüm köməklik göstərir.