date saat
Ölkə həyatının bütün sahələrində mütərəqqi islahatların həyata keçirildiyi bir şəraitdə bələdiyyələr də öz fəaliyyətlərini təkmilləşdirir, qanunvericiliklə müəyyənləşdirilmiş gəlir mənbələrindən maksimum istifadə etməyə, maliyyə imkanlarını genişləndirməyə səy göstərir. Bu baxımdan bələdiyyə torpaqlarından yerli əhalinin ümumi mənafeyi üçün daha səmərəli istifadə edilməsi, xüsusilə əhəmiyyətlidir. Qeyd edək ki, ölkəmizdə bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı zəruri hüquqi baza yaradılıb. Adıçəkilən qurumun mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Belə ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət, xüsusi və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən edir. Həmin qanunun müddəaları torpaq icarəsi müqaviləsi əsasında, əvəzi ödənilməklə torpaqdan müddətli istifadə edilməsinə imkan verir.
Qeydiyyat şöbələrində aparılan əməliyyatların qanunvericiliyə uyğun aparılması, kargüzarlıq qaydalarının həyata keçirilməsində nöqsanların aradan qaldırılması və hüquqi biliklərin təkmilləşdirilməsi məqsədilə görülən işlər təhlil edilmişdir. Tədbirdə nazirliyin Qeydiyyat və notariat şöbəsinin əməkdaşları və rayon (şəhər) qeydiyyat şöbələrinin rəisləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə nazirliyin Notariat və qeydiyyat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi I dərəcəli ədliyyə qulluqçusu Həbibə Əliyeva açaraq bildirib ki, nazirliyin əsas fəaliyyət istqamətlərindən biri də vətəndaşlıq vəziyyəti aktlarının həyata keçirilməsidir. Məsul şəxslər tərəfindən bu sahə üzrə əməliyyatlar rəsmiləşdirilərkən qanunvericiliyin tələbləri nəzərə alınmalı və qeydiyyat şöblərinə müraciət edən vətəndaşların qanuni mənafeləri qorunmalıdır. Əməliyyatların aparılmasında nəzərdə tutulan müddətlər gözlənilməli, kargüzarlıq qaydalarına riayət edilməlidir. Qeydiyyat şöbəsinin rəisi onun fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları qorumalıdır.