date saat
Mayın 6-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə “Bələdiyyələrə ödənilən vergilərlə bağlı qanunvericiliyin tələbləri və məsuliyyət” mövzusunda bələdiyyə sədrləri və bələdiyyə qulluqçularının iştirakı ilə Şərur rayonunda seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə Şərur Rayon İcra hakimiyyəti aparatının inzibati ərazi idarəetmə və yerli idarəetmə şöbəsinin müdiri Sahib Qurbanov açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən yerli icra və probasiya qurumlarında vakant icra məmuru vəzifələrinin tutulması üçün 13 fevral 2021-ci il tarixdə elan edilmiş vakansiyaya sənəd qəbulu 13 may 2021-ci ildə başa çatacaq.
Müsabiqədə iştirak etmək istəyən şəxslər Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, müsabiqədə ali hüquq təhsilli, 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Ədliyyə Nazirliyinin 2021-ci ilə dair iş planının icrası istiqamətində mayın 1-də nazirliyin yerli icra və probasiya şöbə və bölmələrində fəaliyyət göstərən icra məmurlarının və kargüzarların peşə biliklərinin artırılması, eləcə də etik davranış qaydalarına əməl olunması və icra və əmək intizamına riayət edilməsi ilə bağlı tədris saatı təşkil edilmişdir.
Qeyd edilmişdir ki, nazirliyin iş planının müvafiq bəndinin icrası ilə əlaqədar olaraq yaradılmış komissiya üzvləri tərəfindən cari ilin birinci rübündə yerli icra və probasiya qurumlarının fəaliyyəti yoxlanılmış, icra vəziyyəti araşdırılmış, yol verilən nöqsanların aradan qaldırılması istiqamətində tövsiyələr verilmiş və nəticələri müzakirə edilmişdir. Şöbə və bölmələrin kargüzarlıq sənədlərinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, “İcra haqqında” və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanunlarının, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın və “Məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi haqqında” Təlimatın tələbləri nəzərə alınmamışdır. Qeyd edilənləri nəzərə alıb bütün əməkdaşlar xidməti vəzifələrini dərindən öyrənməli, qanunvericiliyin müddəalarını mükəmməl öyrənməlidirlər. İcraatda olan hər bir işin icrasına, vətəndaşların və hüquqi şəxslərin müraciətlərinə məsuliyyətli və həssaslıqla yanaşılmalı, kargüzarlıq qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır.