date saat
Next PauseResume Prev |
Bu məqsədlə iyunun 5-də Ədliyyə Nazirliyinin aparatında çalışan əməkdaşların nəzəri və peşə biliklərinin artırılması, etik davranış qaydalarına əməl olunması, icra və əmək intizamına riayət edilməsi istiqamətində növbəti seminar təşkil edilmişdir.
Qeyd olunub ki, mütəmadi olaraq işçilərin nəzəri biliklərinin və peşə hazırlığının artırılması istiqamətində müvafiq tədbirlər görülür, tədris saatları və seminarlar təşkil edilir. Çünki gələcəkdə işçinin tutduğu vəzifəyə uyğun olub-olmaması, mükafatlandırılması və vəzifədə irəli çəkilməsi məsələlərinin həlli zamanı nəzəri və peşə hazırılığı nəzərə alınır. Ona görə də əməkdaşlar nəzəri biliklərini və peşə hazırlıqlarını daim artırmalı, nazirliyin fəaliyyət istiqamətinə uyğun yeni bilikləri mənimsəməlidirlər.