date saat
Ədliyyə Nazirliyi tərəfindən icradan qəsdən yayınan borclular barədə qanunvericiliyin tələblərinə uyğun olaraq profilaktik tədbirlərin görülməsi, onların hüquqlarının və məsuliyyətlərinin izah edilməsi məqsədilə təşkil edilən profilaktik tədbirlər davam etdirilir. Bu məqsədlə növbəti görüş Şahbuz rayonunda təşkil edilmişdir. Şahbuz Rayon İcra və Probasiya Bölməsinin icraatında olan borclu vətəndaşlar qəbulda iştirak etmiş, aliment və pul tələbi ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələr aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə “Bələdiyyələrə ödənilən vergilərlə bağlı qanunvericiliyin tələbləri və məsuliyyət” mövzusunda növbəti tədbir Ordubad rayonunda təşkil edilmişdir.
Bələdiyyə sədrləri və bələdiyyə qulluqçularının iştirakı ilə keçirilən seminarı Ordubad Rayon İcra hakimiyyəti aparatının inzibati ərazi idarəetmə və yerli idarəetmə şöbəsinin müdiri Elçin Hüseynov açaraq bələdiyyələrin idarəetmə sistemindəki əhəmiyyəti barədə məlumat verib.
Nazirliyin əməkdaşları Xəyal Eyvazov “Yerli vergilər və ödənişlərlə bağlı qanunvericiliyin tələbləri və bu sahədə bələdiyyələrin vəzifələri”, Ayaz Məhərrəmov “Yerli özünüidarənin maliyyə əsaslarını tənzimləyən qanunvericilikdən irəli gələn vəzifələr” və Dövlət Vergi Xidmətinin əməkdaşı Elçin Babayev “Bələdiyyələrə ödənilən vergi və ödənişlərin ödənilməsi qaydaları və məsuliyyət” mövzularında çıxış ediblər.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən maarifləndirici tədbirlər davam etdirilir. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda növbəti seminar Şərur və Sədərək rayon inzibati ərazi dairələri üzrə nümayəndələri üçün təşkil edilmişdir. Seminarı Şərur Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Nuran Əzizov açaraq keçirlən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışmış, icra nümayəndələri üçün yaradılmış iş şəraiti barədə məlumat vermişdir.